Mətbəx
Faydaları saymaqla bitmir... - KEFİRİN EVDƏ HAZIRLANMA QAYDASI
Orqanizmimizə bir çox faydası olan kefiri evdə özünüz də hazırlaya bilərsiniz.
Publika.az ailem.az-a istinadən evdə kefiri necə hazırlamağın sadə üsulunu təqdim edir.
Lazım olan ərzaqlar:
1 litr süd
1 yemək qaşığı kefir mayası
Şüşə qab
Plastik süzgəc
Hazırlanması:
Əvvəl südü qaynadın və qaymağını üzərindən təmizləyin. Ardından
südə kefir dənələrini əlavə edin. İstifadə etdiyiniz qabın metal
olmamasına diqqət edin. Taxta qaşıqla yaxşıca qarışdırın və
qabınızın üzərini təmiz bir bezlə bağlayın. 20-25 dərəcədə qaranlıq
bir mühitdə 2 günə qədər südü saxlayın. Bu müddətdə süd
mayalanacaq. Mayalanmış südü plastik bir süzgəc, ya da tənziflə
süzün. İstəsəniz, kefiri bu şəkildə sadə, ya da içinə meyvə
dənələri əlavə edərək içə bilərsiniz.
Kefir neçə günə yeyilməlidir?
Kefiri soyuducuda saxlaya bilərsiniz, ancaq iki gün içərisində
istifadə etməlisiniz.
Kefir mayasını saxlamaq üçün müxtəlif üsullar var:
Kefir mayasını bir sonraki mayalamaya qədər saxlamaq üçün metal
olmayan bir qaba qoyaraq soyuducuda saxlaya bilərsiz.
Buzluqda isə 2 ay müddətində saxlamaq olar.
Kefir mayasını çox daha uzun bir müddət saxlamaq üçün quruda
bilərsiniz. Bu vasitə ilə mayanı 12-18 aya kimi bir müddət qala
bilər.
Kefirin faydaları:
Həzmə kömək edir. Bağırsaq florasını tənzimləyir. Qidaların həzm
edilməsinə və əmilməsinə yardımçı olur. Bağırsaqlarda bu faydalı
mikroorqanizmlər azaldığında ishal, qəbizlik, udma pozuqluqları
yarana bilir. Kefir tərkibindəki təbii mikroorqanizmlərlə bu
problemlərin qarşısını almağa kömək olur.
Həmçinin immuniteti gücləndirir, betakaroten olan tərkibi ilə
immunitet sistemini dəstəkləyir, bədəndə yığılan toksin maddələrin
törəməsini önləyərək, immunitet sistemini gücsüzləşdirən
mikroorqanizmləri məhv edir.
Tərkibindəki yüksək miqdarda kalsiumla sümüklərin inkişafını
dəstəkləyən kefir, böyümə dövründəki uşaqlara və yaşlıların artan
kalsium ehtiyacına dəstək verir. Gün ərzində 2 stəkan kefir içmək
gündəlik kalsium ehtiyacının təxminən yüzdə 60 faizini təmin etmiş
olur. Zəngin E vitamini və selenium tərkibi sayəsində kefir güclü
bir antioksidantdır. Hüceyrə parçalanmasına səbəb olan toksin
maddələrin meydana gəlməsini və törəməsinin qarşısını alaraq
hüceyrə yenilənməsinə köməkçi olur.
Kefir də digər probiotik kimi zülal və yağların asan həzm
edilməsinə imkan verir. Kefir, aşağı qlisemik indeksi ilə zülalla
birlikdə mədədə uzun müddət qalaraq toxluq hissi verir və qan
şəkərinin də daha gec yüksəlməsini təmin edir.
Süd turşusu fermentasiya səbəbindən həzmi asanlaşdıraraq, mədədə
yaranan qazı yüngülləşdirər.
İçindəki triptofan aminoasidi və B vitamini ilə sinirləri
sakitləşdirir və depressiyanı azaldır. Rahatlama və yuxu verici
özəlliyi ilə rahat və sakit gecə yuxusu gətirir.
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı













.jpg)




.jpg)




















