Mətbəx
Şirin qarpız seçərkən bunlara diqqət edin: "Erkək, yoxsa dişi qarpız?" - - FOTOLAR
İnsan orqanizmi üçün faydalı olan giləmeyvələrdən biri də qapızdır. Yay fəslinin əvəzsiz təamlarından olan qarpız susuzluğu yatırdır, həzm prosesini yaxşılaşdırır və qanı durulaşdırır. Qan təzyiqi yüksək olan insanlar qarpız vasitəsilə mütəmadi olaraq təzyiqlərini stabil saxlayırlar. Qarpız tumu böyrək daşını salır. Bəs şirin və keyfiyyətli qapızı necə seçmək lazımdır? İnsanların bir qismi qarpızın sapına baxmaqla, bir qismi əlində sıxmağa çalışaraq yoxlayır. Bəzi insanlar da bu seçimi tanış satıcıların öhdəsinə buraxır.
Publika.az bu yazıda sizə keyfiyyətli və şirin qarpızı seçmək üçün diqqət etməli olduğunuz 5 nüansı təqdim edir:
Qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır.
1. Tərəf
Qarpızın qabığının torpağa dəyən hissəsində yaranan ağ ləkə. Torpaqla təmasda olan hissə nə qədər sarı və ağ rəngə çalarsa bu da qarpızın bir o qədər keyfiyyətli və şirin olduğuna işarədir.

2. Hörümçək toru
Qarpızın gülünü tozlandıran arılar onun üzərində qəhvəyi rəngli hörümçək toruna bənzər şəkil formalaşdırır. Bu çırlar nə qədər çox olarsa, bu da qarpızın içinin qırmızı, dadının isə şirin olduğunu göstərir.
3. Erkək və ya dişi qarpız
Qarpızların da erkək və dişi növü olur. Bunu müəyyənləşdirmək üçün onların formasına baxmaq kifayətdir. Belə ki, uzunsov və kobud formalı qarpızlar erkək, yumru və həcmi kiçik qarpızlar isə dişi növ hesab olunur. Şirinliyinə gəldikdə isə, əlbəttə ki, dişi qarpız növü daha şirin olur.

4. Ölçü
İri və kobud qarpızlar heç vaxt şirin olmur. Üstünlüyü hər zaman kiçik ölçülü qarpızlara verin.
5. Quyruq
Qarpızın yeni dərildiyini onun quyruq hissəsindən də bilmək olur. Quyruq qulpu nə qədər yaşıldırsa demək ki, qarpız təzədir. Qurumuş və saralmış qulplu qarpızlar köhnə və dadsız olur.
Könül Cəfərli
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.webp)








.jpg)













