Mətbəx
İçərişəhərdə UNUDULMUŞ YEMƏKLƏR FESTİVALI keçiriləcək
İçərişəhərdə unudulmuş yeməklər festivalı keçiriləcək.
Publika.az xəbər verir ki, festival sentyabrın 1-dən 3-dək davam edəcək. Bu barədə Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Festivalın əsas məqsədi şəhərin tarixi hissəsində Qurban bayramı abu-havası yaradaraq bayram təntənəsini Bakı sakinləri və şəhərin qonaqları ilə birlikdə qeyd etməkdir.
Festival iştirakçıları yeməklərin hazırlanmasında və təqdimatında iştirak edə biləcəklər. Eyni zamanda, tədbir Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəxin unudulan zənginliklərini nümayiş etdirərək xalqın süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.
"İçərişəhər" tarixi Muzeyinin Elmi-mədəni mərkəzinin əməkdaşları bildirib ki, tədqiqatda onlar yaddan çıxmış dadlı yemək reseptləri aşkar ediblər. Siyahıya ulu nənələrimizin 40-cı illərdə hazırladığı Bakı və Abşeron reseptləri daxildir. Onlar arasında ən qədimi şaşandaz xörəyi, ən faydalısı həlimli aş, ən acılısı isə zəngi çörəyidir.
Tarixçilər deyiblər ki, bu reseptlər hazırlanması mürəkkəb olduğu üçün zaman keçdikcə unudulub. Çünki insanlar indi yeməyin hazırlanmasına öz qızıl vaxtını sərf etmək istəmir. Bu səbəbdən də yemək reseptləri daha tez başa gəlir. Amma sentyabrın 1-dən 3-nə qədər sizin unudulmuş bu yeməklərin və içkilərin dadına baxmaq şansınız olacaq.
.jpg)
İçərişəhərin ən yaxşı aşpazları düz üç gün sizin üçün delikateslər hazırlayacaq, həmçinin ünsiyyət quraraq bu reseptləri sizinlə bölüşəcək. Belə ki, bəyəndiyiniz yeməkləri evdə hazırlamağa cəhd edin. Hətta bir dəfə alınmasa, ruhdan düşməyin və bu reseptləri unutmayın! Onları öz uşaqlarınıza və nəvələrinizə miras saxlayın.
Əlbəttə, festival əyləncəsiz ötüşməyəcək. İçərişəhərin İncəsənət Mərkəzi uşaqlar üçün hər gün saat 13:00-dan 15:00-dək feys-art dərsləri təşkil edəcək, yaşlıları isə musiqi və qəlyan gözləyir! Əsl şərq idilliyası.
Aytən
-
Ekologiya20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi


















.jpg)
.png)


















.jpg)
.jpg)