Mətbəx
Müğənni Nura Suridən reyhan şərbətinin resepti və onun faydaları - VİDEO
Reyhan şərbəti isti havalarda sərinləmək üçün ən sağlam və faydalı içkidir.
Publika.az xəbər verir ki, reyhan şərbətinin digər əsas üstünlüyü ondadır ki, o, tez və asanlıqla hazırlanır.
Ərzaqlar:
1 dəstə reyhan
10 çay qaşığı şəkər
3 ədəd mixək
1 ədəd çubuq darçın
Limon suyu
Reyhan şərbəti necə hazırlanır?
Reyhanı içi su ilə dolu qazana qoyub üzərinə bir neçə damcı sirkə əlavə edərək mikroblarının ölməsini gözləyin. Reyhanları yaxşıca yuduqdan sonra qazan və balona töküb üzərinə 1 litr qaynar suyu, həmçinin limon suyunu, çubuq darçını, mixəyi və şəkər tozunu da əlavə edin.
Reyhan şərbəti birinci bənövşəyi, sonda isə qırmızımtıl rəng alacaq. Reyhan suyunu 15 dəqiqə ərzində qazanda saxlandıqdan sonra içindəki ərzaqları süzüb için. Servis edərkən şərbətə buz əlavə etmək olar.
Məşhur müğənni Nura Suri isə reyhan kompotunu özünəməxsus şəkildə hazırlayır. Yemək hazırlamaqdan zövq aldığını deyən ifaçı rehyan kompotuna zövqə görə iki dilim zəncəfil və doğranmış gavalı da əlavə edir. Daha sonra soyuması üçün bir gecə saxlayır. İfaçı kompotun hazırlanma qaydasının görüntülərini sosial şəbəkədə paylaşıb:
Reyhan suyunun faydaları
Baş gicəllənməsinə yaxşı təsir edir
Reyhan şərbəti qanazlığı və qanda şəkər səviyyəsinin düşməsindən dolayı yaranan başgicəllənməsi və huşsuzluğu aradan qaldırır.
Ağız yaralarını sağaldır
Reyhan şərbəti şəkər halda qarqara edildikdə ağız yaralarını sağaldır.
Qəbizliyin qarşısını alır
Mədə pozğunluğu və bağırsaq qazlarını aradan qaldırır.
Yağları yandırır
Bu faydalı içki yağların yandırılması prosesini də süərləndirir.
Sakitləşdirici təsiri var
Sinir sistemi üçün təbii dərmandır. İnsanın stressdən sonra yaxşılaşmasını təmin edir və rahatlaşdırır.
Qeyd: Reyhan suyunun faydalarından yararlanmaq üçün onu şəkərsiz halda, səhər, günorta və axşam olmaqla gündə 3 dəfə içmək lazımdır.
Aytən
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.webp)








.jpg)













