Mətbəx
İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı keçiriləcək - - FOTO
Azərbaycan mətbəxinin İtaliyada daha yaxından tanıdılması üçün Azərbaycanın İtaliyadakı Səfirliyi, Romanın “Baglioni Hotel Regina” mehmanxanası və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə 29 noyabr-1 dekabr tarixlərində İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı təşkil olunacaq.
Azərbaycanın İtaliyadakı səfirliyindən Publika.az-a verilən məlumata görə, festivalın açılışı mərasimi 29 noyabr tarixində “Baglioni Hotel Regina” mehmanxanasında keçiriləcək, sonrakı iki gün ərzində isə mehmanxananın “Brunello” restoranı Azərbaycan milli yeməklərindən ibarət menu əsasında fəaliyyət göstərəcək. Festivalda milli mətbəximizə aid müxtəlif təamlarla yanaşı, Azərbaycan şərabları, nar şirəsi, çay və digər məhsullarımız da təqdim olunacaq.
İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalına İtaliya mətbuatı indidən maraq göstərir və artıq bir sıra mətbuat orqanlarında Festival haqqında məlumatlar dərc olunmuşdur.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













