• USD 1,7000 0,00% EUR 2,0154 +0,29%
    • GBP 2,3675 +0,38% RUB 0,0231 0,00%

İdeal bayram süfrəsinin SİRLƏRİ

  • Mətbəx
  • 23 Dekabr 2017 17:12
  • 1 727 Baxış
İdeal bayram süfrəsinin SİRLƏRİ

Azərbaycan xalqı sözün əsl mənasında, çox qonaqpərvərdir. Bacarıqlı xanımlarımız qonaq qəbul edərkən, hər kəsin razı qalması üçün əllərindən gələni, hətta gəlməyəni də etməyə çalışırlar. Müxtəlif növ soyuq, isti yeməklər və şirniyyatlarla süfrəni başdan-başa bəzəyirlər.

Publika.az ideal bayram süfrəsinin ən gərəkli sirlərini xanımlarımızla bölüşür.

1. Adından da göründüyü kimi, məclislərimizin ilk atributu süfrədir. Süfrə ilk növbədə təmiz, ütülənmiş olmalıdır. Süfrənin üzərinə müşəmbə (kleyonka) sərilməsi göz oxşamayacaq, lakin altdan sərilmiş müşəmbə nəinki süfrənizi sürüşməkdən qoruyacaq eləcə də hər hansı yemək və içki tökülərsə masanızın üzərini təmiz saxlayacaq.

2. Xanımlarımız sevimli qonaqların gəlişi münasibəti ilə servantdakı ən gözəl və bahalı qab- qacağı çıxarıb, süfrəyə düzürlər. Lakin bəzən bahalı qab-qacaq hər kəsə çatmaya bilər. Qonaqlarınız arasında ayrı-seçkilik salmamaq üçün daha ucuz və hər kəsə yetəcək qədər eyni qablar ala bilərsiniz. Süfrənin üzərində parça salfetlə birgə kağız salfetlər də olmalıdır ki, əllə yeyilən yeməklərdən sonra rahat istifadə edilsin.

Картинки по запросу novoqodniy stol

3. Süfrəyə ən birinci ədviyyatlar və souslar gətirilir. Soyuq qəlyanaltılar, salatlar və çörək isə qonaqlar gələr-gəlməz təqdim edilir. Süfrənin mərkəzində isə gecənin ən ləzzətli yeməyi üçün yer saxlanır. Zövqə görə masanın üzərini canlı çiçəklər və güllərlə bəzəyə bilərsiniz. Süni güllərin süfrədə olması isə arzuolunmazdır. Masaya isti xörəklər təqdim olunan zaman ilk öncə xanımların, sonra isə bəylərin boşqabına qoyulur. Əgər qonağınız çoxdursa, hər birinə növbə ilə sol tərəfdən yanaşıb yeməyi özünün götürməsi üçün imkan yarada bilərsiniz. Çörəklər dilimlənmiş və bir neçə qabda süfrədə qoyula bilər.

4. Rahatlığınız üçün qonaqlıq masasının yanına köməkçi masa qoyub üzərinə ehtiyyat üçün doğranmış çörək, içkilər, salfet və s. düzə bilərsiniz.

5. Soyuq qəlyanaltılar və salatlarla adətən araq, konyak, tünd şərab, isti xörəklər üçün kəmşirin şərablar, dessert və meyvələrlə likor, şampan içilməsi doğru hesab olunur. Meyvə şirələri və kompotlara məhdudiyyət qoyulmur. Qonaqlara qəhvə və çay təklif etmədən öncə süfrənin üzərini artıq yemək və qab-qacaqdan təmizləmək, lazım gələrsə süfrəni də dəyişmək məqbul sayılır. Şirniyyat üçün nəzərdə tutulmuş boşqab qəhvə və çayın sağ tərəfində olmalıdır.

Картинки по запросу люди за novoqodnim столом

Qonaq qarşılayarkən xoş rəftar və isti münasibət isə hər şeydən önəmlidir. Əks halda, ən zəngin süfrə belə kimsənin könlünü oxşamayacaq.

Leyla Sarabi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR