Mətbəx
Quru meyvələri düzgün seçməyin üsulları
İlin soyuq fəsillərində, xüsusən də bayram günlərində süfrəmizi ən çox bəzəyən məhsullardan biri də qurudulmuş meyvələrdir. Çünki, məhz bu aylarda həmin meyvələri tapmaq ya mümkün deyil, ya da olduqca bahadır. Bəs quru meyvə seçərkən, nələrə fikir verməliyik? Aldığımız məhsulun faydalı və keyfiyyətli olub-olmadığını necə təyin etməliyik?
Publika.az bütün bu sualların cavabını təqdim edir:

Çox vaxt mağazalarda süni parıltılı quru meyvələrə rast gəlirik. Unutmaq lazım deyil ki, hər bərq verən qızıl deyil və təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Odur ki, qiymətə aldanıb, kimyəvi yolla qurudulmuş meyvələri süfrələrinizə rəva görməyin.
Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış vəziyyətdə olmaldır. Üzərində zədə, ləkə olmamalıdır. Hətta bir ədəd meyvənin üzərində bu qüsurla rastlaşsanız, düşünməyin ki, onu kənara qoymaqla məsələ həll olur. Belə məhsulu ümumiyyətlə, almamağınızı tövsiyə edirik.
Quru meyvələr nə renzin kimi çox bərk, nə də əziləcək qədər yumşaq olmalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.
Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır. Üzərində spirt qıcqırması və kif əlamətləri olan quru meyvələrsə sağlamlığımız üçün böyük təhlükəlidir.
Quru meyvə alarkən rənglərinə də önəm vermək lazımdır. Məsələn ərik qurusunun ideal rəngi açıq narıncı olmalıdır. Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusunun keyfiyyəti aşağı olur. Parlaq və cəlbedici rəng isə onun süni və zərərli yolla qurudulduğuna işarədir.
![]()
Qurudulma prossesində ağ üzüm də, kifayət qədər tündləşir. Satışda çox açıq rəngli kişmiş görsəniz, kimyəvi müdaxilə edildiyinə əmin ola bilərsiniz. Qara gavalı qurusunun rəngi yeknəsəq olmalıdır. Həddindən çox bərk və ya üzərində kif yaranacaq qədər tam qurudulmamış gavalı qurusu keyfiyyətcə üstün sayılır.
Alma qurusunun rəngi berj və ya krem rəngi olmalıdır. Ağ və ya qəhvəyi alma qurusu keyfiyyətsiz məhsul deməkdir.
Armud qurusunu da alarkən eyni şərtlərə əməl edirik. Lakin yadda saxlamaq lazımdır ki, ərzağın üzərindəki ağ ləkələr onun təbii rəngidir.
Albalı qurusu tünd qırmızı ilə qaranın qarışımından yaranan çalarda və turş olmalıdır. Bu quru meyvənin tünd qəhvəyi rəngini seçmək məshələt görülmür.
Xurma qurusunun rənginin üzəri ağ tozlu ,qəhvəyi , tərkibi isə bir qədər elastik və yumşaq olmalıdır.
Leyla Sarabi
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













