Mətbəx
Sumağın bilmədiyiniz FAYDALARI
Sumaq ağacının mərciyə oxşayan qırmızı meyvəsindən hazırlanan sumaq, yeməklərə dad və rəng qatan ədviyyat növüdür. Uzunluğu 3 metrə qədər olan kol növündə ağacdan toplanan sumaq meyvələri uyğun üsullarla qurudulur və süfrə duzu ilə qarışdırılıb üyüdülərək ədviyyat əldə edilir.
Publika.az xəbər verir ki, sumaq ədviyyatı, kəklikotu, istiot və muskat qozu ilə oxşar bir istifadə şəklinə malikdir.

Sumaq harada istifadə olunur?
Turş dadı və qırmızı rəngi ilə yeməklərə ləzzət və gözəl görünüş qazandıran sumaq, turşluğunu saxlayan bütün yeməklərdə istifadə edilir. Şorba, salat, duru yemək, soba yeməyi, kabab, küftə, dolma və piroqlarda sumaq istifadə edilə bilər. Ədviyyat olaraq istifadə edilməsiylə yanaşı, tibb və boya sənayesi sahələrində də istifadə edilən sumaq, həmçinin doşab, çay və digər içkilərin istehsalında da istifadə edilir.

Sumağın faydaları nələrdir?
İştahı açır.
İshal və qəbizlik kimi problemləri tarazlaşdırır.
Qandakı şəkər nisbətini aşağı salır.
Sidik qaçırma xəstəliyində faydalıdır.
Güclü antioksidant təsirə malikdir.
Dənə sumaq çayı dəm alaraq yalnız suyunu içdikdə zəhərlənmələrdə
faydalıdır.
Damarları büzmə təsiri ilə qanaxmalarda faydalıdır.
Sumaq qarqarası boğaz və ağız sağlamlığını qorumaqda
effektlidir.
Keşniş ilə qarışdırılaraq yedikdə hemoroidə yaxşı təsir edir.
Xora və qastrit kimi mədə narahatçılıqlarına qarşı həkim
nəzarətində istifadə edilməsi məsləhətdir.

Sumağın zərərləri
Dünyad 150-dən çox növü olan sumaq bəzi növlərini təsadüfi toplamaq zəhərlənməyə səbəb ola bilər. Bu səbəblə sumaq yalnız mütəxəssis şəxslər tərəfindən toplanmalıdır. Yüksək təzyiq xəstələri həddindən artıq istifadə etdikdə ciddi qəbizlik problemləri yaratdığı üçün tövsiyə edilmir.
Sumaq necə saxlanmalıdır?
Günümüzdə küncüt, xaşxaş, kəklikotu kimi hər marketdə və bazarlarda rahatlıqla tapılan sumaq ədviyyatı, hava almayan sıx bağlanmış qablarda istilik və işıqdan uzaq tutularaq saxlandıqda daha uzun ömürlü olur. Sumaq ədviyyatının köhnəldiyini qoxulayaraq başa düşmək mümkündür. Əgər heç qoxusu gəlmirsə ədviyyat nəmlənib və ya köhnəlib.
Leyla Sarabi
-
Ekologiya20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi













.jpg)
.jpg)






















.jpg)