Mətbəx
Bakıda Çin kulinariya festivalı - - FOTOLAR
On iki nömrəli Bakı Peşə Liseyində Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) və “Böyük Çin səddi” Çin Yeməkxana Mərkəzinin birgə təşkilatçılığı ilə on ikinci Çin kulinariya festivalı keçirilib.
ADU-dan Publika.az-a bildirilib ki, tədbirdə AMKM-in baş direktoru Tahir Əmiraslanov gənc azərbaycanlı mütəxəssislərin peşə bacarıqlarının artırılmasının və ölkəmizdə turizmin inkişafı baxımından xarici ölkələrin kulinariya ənənələri ilə tanış olmalarının vacibliyindən danışıb.
Konfutsi İnstitutunun direktorları Li Jihua və Rafiq Abbasov Çin mətbəxini bu ölkənin mədəniyyətinin vacib bir hissəsi kimi xarakterizə ediblər. Onlar Çin mətbəxinin uzun tarixi, qeyri-adi xüsusiyyətləri, çoxlu sayda üslub və ənənələri, fərqli yemək üsulları olduğunu bildiriblər.
Sonra Çin kulinariyası ilə bağlı film nümayiş olunub. Konfutsi İnstitutunun tələbələri və müəllimləri ənənəvi Çin mahnıları və rəqsləri, bambuk fleytanın müşayiəti ilə bu ölkənin musiqilərindən ibarət konsert proqramı təqdim ediblər.
Tədbir çərçivəsində Pekindən gəlmiş tanınmış aşpazlar Li Changrong və Zhang Ming məşhur Çin mətbəxi yeməklərinin hazırlanması üzrə ustad dərsi keçiblər.
Sonda AMKM tərəfindən ADU-nun Konfutsi İnstitutuna və çinli aşpazlara fəxri diplomlar təqdim olunub.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
























.jpg)














