Mətbəx
Nigeriyada Azərbaycan mətbəxi təqdim olundu - FOTO
Nigeriyada fəaliyyət göstərən "Cuisine Chez Billura" (Billurənin mətbəxi) assosiasiyası Fransanın Nigeriyadakı "Alliance Francaise" (Fransız İttifaqı) təşkilatı ilə əməkdaşlığa başlayıb.
Publika.az xəbər verir ki, tərəflər birgə əhəmiyyətli kulinar layihələrə start verib və ilk tədbirləri artıq baş tutub.

Tədbirdə müxtəlif xalqların mətbəxi və tarixi mövzusunda dəyirmi masa təşkil olunub. Müzakirə zamanı qonaqlara iştirak edən ölkələrin yeməkləri təqdim olunaraq, yaranma tarixi haqda məlumat verilib. Nigeriyanın məşhur aşpazları Aleks və Ozozla yanaşı, ölkəmizi Cuisine Chez Billura assosiasiyasının rəhbəri Billura Bernard təmsil edib.

Billura Bernard Publika.az- a açıqlamasında bildirib ki, bu qəbildən olan tədbirlərin ölkəmizin dünyada tanıdılmasında böyük əhəmiyyəti var:
"Tədbirimizdə Nigeriya, Fransa və Azərbaycanda çörəyin növlərindən bəhs edib, tarixi əhəmiyyətindən danışdıq. Daha sonra qonaqlarımıza ət və göy qutabı təqdim etdik. Mətbəx ilk baxışdan bizə çox sadə görünə bilər. Ancaq xaricdə yaşadığım müddətdə dərk etdim ki, bu yolla xalqımızın mədəniyyətindən tutmuş, musiqisinədək bir çox sahələri daha gözəl və dərindən tanıda bilərik. Yaxın günlərdə eyni tədbiri Azərbaycanda da təşkil etməyi düşünürük".
Leyla Sarabi
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
























.jpg)














