Mətbəx
Ev şəraitində dadlı dondurma
İlin hansı fəsli olursa olsun, dondurma öz aktuallığını itirmir. Lakin son illər təəssüf ki, satışda olan dondurmalar dad etibarilə ürəkaçan deyil. Bunu nəzərə alıb, publika.az ləzzətli və asan başagələn dondurma resepti təqdim edir.
Həmçinin bu dondurmaların tərkibinə qida rəngləri qataraq daha zəngin görünüş əldə edə bilərsiniz.
Tərkibi:
4 ədəd yumurtanın ağı
1 stəkan şəkər tozu
1 ç/q vanil
200 qr qaymaq
1 çimdik duz
Hazırlanma qaydası:
Yumurtaların ağını sarısından ayırıb, ağının üzərinə duz səpib, 5 dəqiqə mikserlə çalırıq. Duz mayenin daha tez bərkiməyinə kömək edir. Üzərinə yavaş-yavaş vanil və şəkər tozunu da səpib, çalmağa davam edirik. Təxmini 15 dəqiqəyə beze tam hazır olacaq. Yoxlamaq üçün qabı əyə bilərsiniz. Əgər qarışım tökülmürsə demək hazırdır. Daha sonra qaymağı da əlavə edib, mikserlə 5 dəqiqə də qarışdırırıq. Hazır dondurmanın yarısını başqa bir qaba qoyub, kakao da əlavə edə bilərsiniz. Dondurmanı 3 saat dondurucuda saxladıqdan sonra yemək olar.
NUŞ OLSUN!
Leyla Sarabi
-
Ekologiya20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi












.png)

.jpg)
.jpg)





















.jpg)