Mətbəx
Soğan doğrayanda artıq ağlamayacaqsınız
Xanımların ən çox cavab axtardığı suallardan biri də budur: “Soğan doğrayanda necə edək ki, gözümüz göynəyib, yaşarmasın".
Publika.az mətbəxdə rastlaşdığımız bu problemin həlli yollarını təqdim edirik.
1. Soyduğunuz soğanları 20 dəqiqə soyuq suda saxlayın. Bu müddət ərzində acılıq hissi yaradan maddələr mayedə əriyib, yox olacaq.
2. Soyulmuş soğanları 15-20 dəqiqə ərzində soyuducuda saxlayaraq, istədiyiniz nəticəni əldə edə bilərsiniz.
3. Saqqız çeynəməyi sevirsinizsə, soğan doğrayanda gözlərinizdən yaş axmayacaq. Bunun üçün öncə saqqızı çeynəməyə başlayın, sonra isə ağzınızla nəfəs alaraq, soğanı doğrayın.
4. Ağzınıza su doldurub soğan doğrauyanda da ağlamayacaqsınız. Yorulduğunuzu hiss edəndə, prosesi təkrarlaya bilərsiniz.
5. Kükürd turşusu qıcıqlanmanın qarşısını alır. Soğan doğrayan zaman yanınızda yanan şam qoysanız, acılıq yaradan maddələr gözünüzə yol tapa bilməyəcəklər.
6. Soğanı doğramazdan öncə taxta lövhənin üzərinə duz səpin. Sonra işə başlayın. Gözləriniz yanmayacaq.
7. Faydalı üsullardan biri də, soğan doğrayan zaman, bıçağın iti hissəsini, tez-tez soyuq suya salmaqdır. Bu üsul da, çox vaxt yaxşı işləyir.
8. Dərin qazanın içərisinə soyuq su doldurub, taxta lövhəni üzərinə qoyun. Soğanı bu taxtanın üstündə doğrayın, Lakin bu zaman diqqətli və ehtiyatlı olmalısınız ki, təcrübəniz uğursuzluqla nəticələnməsin.
9. 1 dilim limonu həm taxta lövhənin səthinə, həm də bıçağın iti hissəsinə sürtün. Limon turşusu da, gözünüzü göynəməkdən qoruyacaq.
Leyla Sarabi
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR
-
Dünya10:30Trampın türk kürəkəni: Toyda özü də iştirak edəcək - FOTO
-
Rəsmi xronika10:05Prezident forum iştirakçılarına müraciət etdi
-
MDB09:30Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var
-
Ekologiya09:27Yağış yağır - FAKTİKİ HAVA
-
Cənubi Qafqaz08:20Bayramov Mirzoyanla nəqliyyat infrastrukturunun açılmasını müzakirə etdi
-
Avropa07:47Almaniya bu ölkəyə dörd qırıcı təyyarə göndərdi
-
İdman06:46Runi ilk dəfə etiraf etdi: “Yəhudi kökənliyəm, nənəm polşalıdır”





















.jpg)





.jpg)









