Mətbəx
Bir həftəyə 2 kq arıqladan PƏHRİZ - İNANILMAZ ÜSUL
Artıq çəkidən xilas olmaq üçün hər gün yeni yazılar, məqalələr oxuyuruq. Ən qısa zamanda arıqlamaq bir çox insanın arzusudur. Türkiyəli dietoloq Səlahəddin Dönməz həftədə iki kilo arıqlamağın sirrinin zeytun yağında olduğunu bildirib.
Publika.az sizə iki həftədə artıq çəkidən xilas olmağın üsullarını təqdim edir. Bu dietin uğuru doğru qida seçimi, ideal karbohidrat miqdarı və bol zeytun yağıdır.
Səhər yeməyi
Bir ədəd yumurtanı dörd yerə bölün, üstünə bir çay qaşığı zeytun yağı, bir çay qaşığı çili bibəri, acı bibər və cirə əlavə edin.
Bir çay qaşığı balı bir çay qaşığı sarıköklə qarışdırın.
Bir dilim tam buğda çörəyi
Çoxlu cəfəri, nanə, pomidor, xiyar və bibər
1/4 avokado və ya 3 qoz yeyin
Naharda
100 qram balıq və ya toyuq. Hansını yemək istəsəniz zeytun yağı, kəklikotu, çili bibəri ilə qarışdırın, iki saat soyuducuda saxlayın. Sobada və ya tavada yağsız bişirin.
Yanında çoban salatı yeyin. Salatın tərkibində pomidor, soğan, xiyar olmalıdır. Yarım limon, 1 çay qaşığı zeytun yağı, alma sirkəsini qarışdırıb salatın üzərinə tökün.
Ara öyün
Bu zaman 10 badam və ya fındıq
1 ədəd portağal, iki balaca mandarin və ya 4 yemək qaşığı nar yeyin.
Axşam
Bir kasa mərcimək və ya tarhana şorbası
Bir dilim tam buğda çörəyi
Mövsüm salatı - kök, çuğundur və turpu süzgəcdən keçirin. Kahını xırda-xırda doğrayıb, çoxlu cəfəri əlavə edin. Üstünə bir yemək qaşığı zeytun yağı və nar şərabı əlavə edin.
Ara öyün
Bir kasa qatıq yeyin.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü















.jpg)
.jpg)




.jpg)















