Mətbəx
Qaxda Milli Mətbəx Bayramı keçirildi - FOTOLAR
Qaxda Milli Mətbəx Bayramı keçirilib.
Publika.az xəbər verir ki, festivalda Qaxın, eləcə də qonşu Zaqatala, Şəki və Oğuz rayonlarının milli mətbəxinə aid nümunələr, həmçinin xalq sənətkarlarının, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilib.
Bayram tədbirinin iştirakçıları əvvəlcə bölgə kulinarlarının hazırladıqları milli mətbəx nümunələrinin sərgisi ilə tanış olublar. Sərgidə Qax mətbəxinə aid xəmir xörəkləri, müxtəlif növ plov, dolma və digər milli yeməklər, qaxac olunmuş ətdən hazırlanan xörəklər, gürcü və ləzgi mətbəxinə aid nümunələr, Şəki mətbəxinə aid piti, ətli, noxudlu dovğa, ballı xəşil, dobuda tənək dolması və bozbaş, qənnadı məmulatları, müxtəlif növ şirniyyatlar, Zaqatala mətbəxinə aid sacda bişirilən maxara, fəsəli, yuxa, qutab və digər nemətlər, Oğuz mətbəxinə aid döşəməli və əvəlikli plov tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, Qax mətbəxinin özünəməxsusluğu nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, Qax şəhəri 2015-ci ildə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib. Həmin ildən etibarən Qaxda hər il “Milli Mətbəx Bayramı” qeyd olunur.
Bayram tədbiri sonra Mədəniyyət Mərkəzinin zalında bədii proqramla davam edib.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü















.jpg)
.jpg)




.jpg)















