Mətbəx
On yaşlı azərbaycanlı Amerikada 100 min dollar qazana bilər - VİDEO
Azərbaycan əsilli gənc kulinar Şennen Xosman Amerikada Master Chef Junior ("Мастер Шеф Дети") teleşousunun iştirakçısı olub.
Publika.az "Sputnik" agentliyinə istinadən
xəbər verir ki, o, qalib gələcıyi halda, 100 min dollar
qazanacaq.
Qızın sözügedən şouda iştirakı barədə məlumat layihənin YouTube
sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib. Şennen
YouTube-da yayılan videoçarxda özü haqqında danışıb. Burada onun
ətli blinçik hazırladığı və evdə anası ilə birlikdə xəngəl kəsdiyi
kadrlar da yer alıb.
Müsabiqənin qaliblərini dünya şöhrətli britaniyalı şef aşpaz Qordon Ramzi, şef aşpaz və teleaparıcı Kristina Tozi və restator, teleaparıcı, kulinariya ilə bağlı kitabların müəllifi Aaron Sançes seçir. Layihənin şərtlərinə görə, qalibə 100 min ABŞ dolları verilir.
On yaşlı qız nəinki təkcə əcnəbi, eləcə də Azərbaycan yeməklərini hazırlamağa çalışır.
Şennenin anası İlahə Süleymanova əslən banqladeşli olan Ənvər Hüseyn Xosmana ərə gedib. Şennenin bir bacısı var. Ailə 14 ilə yaxındır ki, Amerikada yaşayır. Şennen kulinariya verilişləri ilə yanaşı film və reklamlara da çəkilir.
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...





















.jpg)















