Mətbəx
Milli xörəklərin kalori dəyəri
Azərbaycan mətbəxində 2 minədək xörək növü var. Onların kalori dəyərləri bir-birindən fərqlənir.
Mütəxəssislərin fikrincə, hər bir insanın gündəlik kalori tələbatı orqanizmin daşıdığı yükdən asılıdır. Əqli işlə məşğul olanlara gündə 3 min, mexaniki-fiziki işlə məşğul olanlara 3,5 min, ağır fiziki işlə məşğul olanlara 5 min, idmançılara isə 6,5-7,0 min kalori lazımdır. Sağlam həyat tərzi üçün qəbul edilən qidaların kalori miqdarı orqanizmin tələbatı ilə mütənasiblik təşkil etməlidir.
Diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: "100 qram düyünün və ya bir kiçik boşqab aşın kalorisi 850-1000 kaloriyə çatır. Milli mətbəxdən xəngəl və piti kimi xörəklərin kalori dəyəri 500-600-dən 800 kaloriyə qədər çatır. Quzu əti 250-280 kaloriyə, dana əti ondan bir az aşağı kaloriyə malikdir. Məsələn, kələm dolması quzu ətindən hazırlanıbsa, onun 2 ədədinin kalorisi 300-400, bəzən 500 kaloriyə çata bilər”.
Həkimin dediyinə görə, sağlamlıq problemi olanlar qidalanmaya xüsusilə diqqətli yanaşmalıdırlar. Orqanizmin kalori tələbatı pozulanda sonradan onun müəyyən fəsadları yarana bilər: "Gün ərzində heç bir qida qəbul edilməsə və yalnız axşam xəngəl yemək kifayətdir ki, kalorinin müəyyən bir hissəsini tutsun. Ağır xörəklərdən sonra yeyilən hər hansı qida orqanizmdə maddələr mübadiləsini zəiflədir. Xüsusilə qan təzyiqindən əziyyət çəkən xəstələrin axşam saatlarında ağır qidalar qəbul etməsi müəyyən fəsadlar yarada bilər”.
-
Rəsmi xronika10:05Prezident forum iştirakçılarına müraciət etdi
-
MDB09:30Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var
-
Ekologiya09:27Yağış yağır - FAKTİKİ HAVA
-
Cənubi Qafqaz08:20Bayramov Mirzoyanla nəqliyyat infrastrukturunun açılmasını müzakirə etdi
-
Avropa07:47Almaniya bu ölkəyə dörd qırıcı təyyarə göndərdi
-
İdman06:46Runi ilk dəfə etiraf etdi: “Yəhudi kökənliyəm, nənəm polşalıdır”
-
Magazin106:16“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - FOTO
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO

















.jpg)


.jpg)

.jpg)





.jpg)










