Mətbəx
Evdə dondurma hazırlamağın ən rahat yolu - RESEPT
İlin hansı fəsli olursa olsun, dondurma öz aktuallığını itirmir. Lakin son illər təəssüf ki, satışda olan dondurmalar dad etibarilə ürəkaçan deyil.
Publika.az bunu nəzərə alıb, sizin üçün ləzzətli və asan başagələn dondurma resepti təqdim edir. Həmçinin bu dondurmaların tərkibinə qida rəngləri qataraq daha zəngin görünüş əldə edə bilərsiniz.
Tərkibi:
4 ədəd yumurtanın ağı
1 stəkan şəkər tozu
1 ç/q vanil
200 qr qaymaq
1 çimdik duz
Hazırlanma qaydası:
Yumurtaların ağını sarısından ayırıb, ağının üzərinə duz səpib, 5 dəqiqə mikserlə çalırıq. Duz mayenin daha tez bərkiməyinə kömək edir. Üzərinə yavaş-yavaş vanil və şəkər tozunu da səpib, çalmağa davam edirik. Təxmini 15 dəqiqəyə beze tam hazır olacaq. Yoxlamaq üçün qabı əyə bilərsiniz. Əgər qarışım tökülmürsə demək hazırdır. Daha sonra qaymağı da əlavə edib, mikserlə 5 dəqiqə də qarışdırırıq. Hazır dondurmanın yarısını başqa bir qaba qoyub, kakao da əlavə edə bilərsiniz. Dondurmanı 3 saat dondurucuda saxladıqdan sonra yemək olar.
Leyla
-
MDB09:30Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var
-
Ekologiya09:27Yağış yağır - FAKTİKİ HAVA
-
Cənubi Qafqaz08:20Bayramov Mirzoyanla nəqliyyat infrastrukturunun açılmasını müzakirə etdi
-
Avropa07:47Almaniya bu ölkəyə dörd qırıcı təyyarə göndərdi
-
İdman06:46Runi ilk dəfə etiraf etdi: “Yəhudi kökənliyəm, nənəm polşalıdır”
-
Magazin106:16“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - FOTO
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər




















.jpg)






.jpg)









