Mətbəx
Bayramın yaratdığı çəkidən qurtulmağın ASAN ÜSULU - "RAFAELLO"
Şübhəsiz ki, Yeni il süfrələrinizi bəzəyən çeşid-çeşid xörəklər, salat və şirniyyatların hamısından dadmısınız. İndi isə artıq kiloları ac qalmadan yox etmək istəyirsiniz. O zaman kəsmikli "Rafaello" reseptini sınayın.
Publika.az arıqlamaq istəyən və dietada olanlar üçün çayla içməyə ideal "Rafaello" konfetinin reseptini təqdim edir.
Bizə lazım olacaq:
250 qr yağsız kəsmik
1 ədəd banan
80 qr yulaf kəpəyi
15 qr bal
Batırmaq üçün:
kokos yarması, küncüt və s. istifadə etmək olar
İçlik üçün:
15 ədəd ərik qurusu
15 ədəd badam
Banan və kəsmiyi blenderlə əzib, püre halına gətirin. Yulaf kəpəyini töküb, xəmir yoğurun. Xəmiri sellofana büküb, soyuducuda 1 saat saxlayın. Bu müddətdə içliyi hazırlayın. Ərik qurusunu isti suda isladıb, xırda-xırda doğrayaraq, eyni qaydada doğranmış badam əlavə edirik. Hər ikisini qarışdırırıq. Xəmiri soyuducudan çıxarıb, 15 hissəyə bölürük. Hər birini əlimizlə açıb, içərisinə içlik qoyuruq. Kürə şəklinə gətiririk. Hazır kürəcikləri kokos yarması, küncüt və s.-ə hərtərəfli batırırıq. Yağlı kağız sərilmiş soba sinisinə düzürük. 180 dərəcə isidilmiş sobada 10 dəqiqə bişiririk. Dietik konfetləri soyudub, nuş edə bilərsiniz.
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
MDB13:38Onun ölümü Putini sarsıtdı: "Rusiyaya sadiq insan idi!"
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO

























.jpg)


.jpg)







