Mətbəx
Qabartma tozu, yoxsa soda?
Adətən şirniyyat və digər bişmələrin həcmli və yumşaq alınması üçün soda və ya qabartma tozu istifadə edirik. Bəs onları bir-birindən fərqləndirən və bənzər cəhətlər hansılardır? Ümumiyyətlə xəmirə nə zaman və hansı şəkildə əlavə etməliyik?
Publika.az bütün sualların cavabını təqdim edir.
Yadda saxlamaq lazımdır ki, sodanı söndürmədən xəmirə əlavə etmək olmaz. Yoxsa təsirini görməyəcəksiniz. Odur ki, onu sirkədə söndürmək lazımdır. Bu zaman baş verən kimyəvi reaksiya nəticəsində karbon dioksid qazı ayrılır ki, məhz onun sayəsində bişən xəmir yumşaq və həcmli alınır. Təcrübəli kulinarlar, sodanı quru (un, vanil, manna yarması, kakao və s.), sirkəni isə maye (yağ, xama, qatıq və s.) ərzaqlara qatmağı tövsiyə edirlər.
Lakin miqdarı dəqiq bilmədən bu üsuldan istifadə etmək bəzən uğursuz ola bilər. Məsələn, qeyri-peşəkar qənnadçı 1 kq una nə qədər sirkə və soda istifadə edildiyini bilmir. Nəticədə ya bişən şirniyyat yetərincə şişmir, ya da sodanın xoşagəlməz dadı hiss olunur. Odur ki, bu üsul çoxumuz üçün əlverişli deyil.
Qabartma tozu ilə isə belə problem yaşamırıq. Çünki bu toz sodanın təkmilləşdirilmiş formasıdır. Bəs qabartma tozu haqda nə bilirik? Onun tərkibi soda, un və limon duzundan ibarətdir. Əziz kulinarlar, ev şəraitində qabartma tozu hazırlamaq olduca asandır. Bu həm sərfəli, həm də zərərsiz məhsul deməkdir. Bəzən istehsalçılar qabartma tozunun hazırlanmasında unu nişasta ilə əvəzləyirlər ki, məhsul daha uzunmüddətli olsun. Qabartma tozunun üstün cəhəti odur ki, soda və limon duzu lazımi vaxtda reaksiyaya girib, xəmirin həcmli və yumşaq alınmasına xidmət edir. Bu proses isə təbii ki, xəmir sobada isinən zaman baş verir. Bəzən şirniyyatların reseptində həm soda, həm də qabartma tozuna rast gəlsəniz təəccüblənməyin. Çünki özünün də turşluğu olan məhsulları tamamlamaq üçün soda istifadə edilməlidir. Bunlara kefir, qatıq, kəsmik, xama, meyvə və giləmeyvə şirələri, eləcə də bal daxildir.
-
Magazin121:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır






































