Mətbəx
Qusarın Hil kəndindəki toy aşpazı dünyada necə məşhurlaşdı? REPORTAJ/VİDEO
Qusarın Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin hazırladığı ləziz yeməklərin videoçəkilişləri sosial şəbəkələrdə milyonlarla izləyicinin marağına səbəb olub.
Videoların qəhrəmanı Əzizə xala və oğlu Əmiraslan peşəkar aşpazdırlar.
Əmiraslan Rəmixanov COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunana qədər Bakı şəhərindəki restoranların birində aşpazlıq edirdi. Əzizə xala isə Hil kəndinin toy mərasimlərinin ən adlı-sanlı yemək bişirənidir.
Pandemiya dövründə doğma kəndinə qayıdan Əmiraslan sevdiyi peşəsindən kənar qalmayıb. Anası ilə bərabər Azərbaycan, ləzgi və dünya mətbəxinin müxtəlif təamlarını bişirərək, yeni açdığı “Kənd Həyatı” adlı “YouTube” kanalına yükləməyə başlayıb.
Paylaşılan videolar İngilis, rus, hətta Çin dilində subtitrlərlə yerləşdirilir ki, bu da, daha geniş auditoriyanı əhatə etməyə imkan verir.
Qısa müddətdə 65 mindən çox abunəçi toplayan kanalın videoları sosial şəbəkələrdə dünyaca məşhur yemək səhifələrinin diqqətini çəkib. Məsələn, 26 milyondan çox izləyicisi olan “Taste Life” səhifəsi qusarlı aşpazların 10-a qədər videosunu paylaşıb. Həmin videoların hər birinə 10-15 milyon izləyici baxıb. Videoya baxanlar Azərbaycanın milli mətbəxi haqqında müsbət rəylər yazıblar.
Əzizə Rəmixanova bildirir ki, yaşadığı kənddən kənara çıxmadan Azərbaycan və ləzgi mətbəxini dünyaya tanıtdıqlarına görə çox sevinir.
Rəmixanovlar ailəsi yemək videolarını kəndlərinin yaxınlığında yerləşən özlərinə məxsus əkin sahəsinin kənarında çəkirlər. Çəkiliş maraqlı olsun deyə dekorativ görünüşlü kiçik koma da tikilib. Əsasən tərəvəzçiliklə məşğul olan ailə həftə ərzində iki yemək videosu hazırlayır. Bişirilən yeməklərdə özlərinin becərdiyi tərəvəzlərdən istifadə olunur.
Videoların çəkilişini və montajını Əmiraslan Rəmixanov özü həyata keçirir. Rəmixanovlar hələ ki, “YouTube” kanalında paylaşdıqları videolardan gəlir əldə etməyiblər. Amma artıq bunun üçün lazım olan müraciəti müvafiq formada təqdim ediblər.(AzərTAc)
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi



































