Adında "R" olmayan aylar bitdi: Balıq mövsümü BAŞLADI
Bizi izləyin

Mətbəx

Adında "R" olmayan aylar bitdi: Balıq mövsümü BAŞLADI

Sentyabr balıq sevənlərin həvəslə gözlədikləri aydır desək, yanılmarıq. Çünki məhz bu aydan balıq mövsümü başlayır. Azərbaycan mətbəxində bu ət məhsulu önəmli bir yer tutur. Balıq olduqca dadlı və faydalı təam olsa da, onu tutmağın ləzzəti tamam fərqlidir.

Publika.az
-ın xəbərinə görə, əksər insanlar balıq tutmağı bişirib yeməkdən üstün tutur. Bu onlar üçün qazanc mənbəyindən əlavə bir növ məşğuliyyətdir. Qərb bölgəsində balıqçılıqla məşğul olanlar əsasən Kür çayının sahillərinə üz tuturlar. Peşəkar və həvəskar balıqçılar səhər tezdən buraya gəlir və vaxt itirmədən lazımi avadanlıqlarını hazırlayırlar. Yem qarmağa keçirilir və tilov suya atılır. Qalır səbr və diqqətlə balığın tutulması.

Yaxşı balıqçı olmaq üçün tək səbr və diqqət kifayət etmir. Hər balığın öz yemi var. Bilmək lazımdır ki, hansı balığa hansı yemi vermək olar. Alətlər keyfiyyətli olmalıdır. Yoxsa, hər əlinə qarmaq alan balıq tuta bilməz.

Bəzən ovlanan balığı itirməmək üçün bir balaca təhlükəni də gözə almaq olar. Uzun müddətdir balıq ovu ilə məşğul olanlar deyirlər ki, Kür çayından fərqli balıq növlərinə rast gəlmək olar.

Balıq ovu üçün ən əlverişli mövsüm isə payız və yaz ayları hesab edilir. Yay, xüsusi ilə də el arasında deyildiyi kimi, adında "R" hərfi olmayan aylarda balıq tutmaq məsləhət görülmür.

"R" hərfi olmayan aylarda balıq yeyilməz deyimi yalandır və heç bir elmi əsası yoxdur. Bu deyim balıqların kürü qoyması ilə əlaqədardır. Bəzi balıqlar isti aylarda kürü qoyduğu üçün, onları ovlamaq düzgün deyil. Həm hava isti olur, həm də bu vaxt balıq ovlamaq kütləvi qırğın hesab edilir.

Məsələn, çəki balığı yay aylarında kürü qoyur. Kürü qoymayan balıqlardan kütüm balığını istehlak etmək olar.

Eyni zamanda istidə balıq tez xarab olduğu üçün, bu məsəldən istifadə edirlər. Əgər gigiyenik qaydalara əməl edib, düzgün şəraitdə balıqları istehlak etsək, heç bir zəhərlənmə baş verə bilməz.

Təbii ki, bunun əksini düşünən və hər mövsümün öz balığı var deyən balıqçılar da az deyil. Lakin onların mübahisəsiz razılığa gəldiyi bir məqam var. Mövsüm və hava şəraitindən asılı olmayaraq, balığın ən ləzzətlisi və dadlısı, ovlandıqdan sonra, elə bir başa çayın sahilində qızardılaraq yeyilənidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm