Mətbəx
Soyuqdəymənin qənimi: 15 dəqiqəyə hazırlanan MÖCÜZƏ
Soyuq qış aylarının əvəzedilməz yeməklərindən biri də "əvəlikli isti" yaxud "əvəlik şorbası"dır. El arasında şəfa mənbəyi kimi dəyərləndirilən bu yemək zökəm və soyuqdəymənin təbii dərmanı kimi tanınır. Yeməyi müalicəvi edən ölkəmizin, demək olar ki, hər yerində rast gəlinən əvəlik bitkisidir. Yabanı halda bitən bu bitki yay aylarında yığılaraq saç hörüyü, yaxud yarpaq şəklində qurudularaq saxlanılır.
Publika.az əvəlikli-əriştəli şorbanın bişirilmə qaydasını təqdim edir.
Lazım olan ərzaqlar:
- 3 ədəd baş soğan
- 100 qram yağ
- 100 qram maş lobya
- 200 qram un
- bir boşqab qurudulmuş əvəlik
- qaynar su
Yeməyi hazırlamaq üçün əvvəl maş lobya suda qaynadılır. Sonra əvəlik yumşalması üçün qaynar suda isladılır. Bundan sonra 1 kündəlik xəmir yoğurulur və əriştə kəsilir. Əriştə üçün hazırlanan xəmirin bir qədər bərk olması məsləhətdir. Əriştə kəsiləndən sonra üzərinə un səpilərək qarışdırılır ki, qaynar suda bir-birinə yapışmasın.
Əriştə hazırlandıqdan sonra soğan doğranılır, yağ-soğan edilir. Hazır olandan sonra üzərinə qaynanmış su tökülür Su qazanda qaynara düşdükdə isə əvvəlcədən hazırlanmış maş lobya suya əlavə edilir. Ardınca əvvəlcədən isladılmış əvəlik sıxılıraraq qazana tökülür. Əvəliyin sıxılmasında məqsəd bitkinin "acı su"yunun çıxarılmasıdır.
Qazanın qapağı örtülür, 10 dəqiqə müddətində əvəliyin bişməsi gözlənilir. Son olaraq qazana kəsilmiş əriştə əlavə edilir. Ağız dadına uyğun olaraq şorbaya düz tökülür və qazanın qapağı bağlanır. Vam odda 5 dəqiqə qaynadıqdan sonra yemək artıq bişmiş hesab edilir.
Nuş olsun!
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

















.jpg)















