Mətbəx
Dadlı pizzanın 3 sirri
Məşhur aşpaz Vladimir Filimonov dadlı pizzanın sirrini bölüşüb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər ki, aşpaz bunun üçün 3 məhsuldan istifadə etməyi tövsiyə edib. O, həm də bu məhsulların faydalarından söz açıb.
Bolqar bibəri
O, bildirib ki, tərəvəz C, E vitaminləri, həmçinin dəmir, kalsium, kalium və maqneziumla zəngindir. Mütəxəssis iddia edir ki, bolqar bibəri sağlamlığın qeydinə qalan əla köməkçidir. Vitamin C immunitet sistemini gücləndirməyə kömək edir, həmçinin dərinin elastikliyini qoruyur. Vitamin E qan dövranını yaxşılaşdırır, dəmir hemoqlobin səviyyəsini tənzimləyir, kalsium dayaq-hərəkət sistemi üçün faydalıdır, kalium sinir sistemini sabitləşdirir, maqnezium isə bədəni enerji ilə təmin edir.
Göyərti
Kələm, aysberq, ispanaq və digər göyərti növləri əsl vitamin və mikroelementlər anbarıdır. Rokolanın tərkibində B vitaminləri, sink, selen və mis var. Bu, orqanizmi təmizləməyə, artıq mayeni çıxarmağa kömək edir. Aysberq kahı yarpaqları 95% sudan ibarətdir, həmçinin maddələr mübadiləsini yaxşılaşdıran K vitamini və qanı stimullaşdıran fol turşusunu ehtiva edir. Kələm C, B qrupu, həmçinin A vitaminləri ilə zəngindir. Onlar dərinin yaşlanma prosesini ləngidir, selikli qişaları nəmləndirir, həmçinin maddələr mübadiləsini sürətləndirir.
Göbələk
Göbələk B vitaminlərinin, C vitamininin, kalsiumun, kaliumun və dəmirin mənbəyidir, onların xüsusiyyətlərini artıq yuxarıda qeyd olunub. Həmçinin, Filimonov bildirib ki, onların tərkibində dayaq-hərəkət sisteminin inkişafından məsul olan, əzələ tonusunu qoruyan, həmçinin zülalların, yağların və karbohidratların sintezində mühüm rol oynayan fosfor var. Bundan əlavə, göbələklər güclü immunitet, yaxşı sağlamlıq, beyin və sinir sisteminin fəaliyyətinə cavabdeh olan D vitamini ilə zəngindir.
-
MDB13:38Onun ölümü Putini sarsıtdı: "Rusiyaya sadiq insan idi!"
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video

















.jpg)






.jpg)


.jpg)
.jpg)







