Mətbəx
Alimlərdən xəbərdarlıq - Bu tavalar zəhər saçır
Bu gün yapışmayan tavalardan istifadə etməyən bir ailə tapmaq çətindir, lakin bu cür mətbəx qabları təhlükəlidir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pekin Kənd Təsərrüfatı Universiteti alimləri danışıb.
Aparılan təcrübədə yapşışmaz örtük olan teflonun parçalanmaya səbəb olub-olmadığı öyrənilib. Gənc alimlər 260 və 350 dərəcə yüksək mühit temperaturunun təsiri altında teflonun kütləsinin dəyişib-dəyişmədiyini yoxlayıblar. Məlum oldu ki, çox ciddi dəyişiklik baş verir. Tədqiqatçılar xəbərdarlıq ediblər ki, temperaturun təsiri altında parçalanan maddələr amfizem, ağciyər xəstəlikləri, onkoloji və digər təhlükəli xəstəliklərin inkişafına kömək edir.
Ancaq nüanslar var: bir tərəfdən, təhlükəli maddələrin qidaları zəhərləməyə başlaması üçün tava 300 dərəcədən çox qızdırılmalıdır ki, bu da məişət şəraitində mümkün deyil. Bununla belə teflon örtüyü zədələnirsə və təhlükəli temperatur fonu azalırsa, zəhər yenə də cızıqlardan sızmağa başlayacaq. Buna görə də alimlər üzərində cızıqlar olan teflon qablardan istifadə etməməyi və belə qabları diqqətlə işlətməyi məsləhət görüblər. Teflonu sərt fırçalarla yumayın və yeməyi dəmir spatula ilə qarışdırmayın, həmçinin istifadə müddəti bitmiş qablardan istifadə etməyin: Teflon qablar və qəliblərin istifadə müddəti iki-üç ildir.
Aytən Məftun
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































