Mətbəx
Dadlı ləzzətli "Humus" - VİDEO
“Houmous” və ya “Humus” kimi də yazılan və oxunan qəlyanaltı ərəbcə noxud deməkdir. Bu, sadə, doyurucu və dadlı qəlyanaltılardan biridir.
Daha çox ərəb ölkələri, Yaxın Şərq və İsraildə istifadə edilir, lakin Türkiyə, Kipr və Yunanıstan kimi ölkələrdə də ənənəvi yemək kimi bişirilir və yeyilir.
Humusda olan noxud bədəninizin enerji istehsal etmək üçün istifadə edə biləcəyi yaxşı bir karbohidrat və lif mənbəyidir. Həmçinin humusda olan tahinin tərkibində sağlam yağlar var. Bu komponentlər də karbohidratların udulmasını yavaşladır.
Kərə yağı Humus Tərkibi:
2 stəkan noxud
5 xörək qaşığı tahin
4 diş sarımsaq
1 limonun suyu
4 xörək qaşığı su
¼ fincan zeytun yağı 1 çay qaşığı kimyon
Üzəri üçün inqrediyentlər :
4 xörək qaşığı kərə yağı
1 çay qaşığı şirin paprika tozu
1 stəkan noxud - qaynadılmış
Hazırlanması:
Noxudu gecədən suda isladın qalsın. Hazırlamazdan əvvəl 1 saat təxminən qaynadın. Bişəndən sonra qazandakı suyun bir miqdarını saxlamaq şərtilə, noxudu süzün. Suyu lazım olacaq. Əgər humusunuzun daha hamar olmasını istəyirsinizsə, bişirdiyiniz noxudun qabığını soyun. Sarımsağı xırda doğrayın. Qaynadılmış noxud, tahini, sarımsaq, təzə sıxılmış limon suyu, su, zeytun yağı, zirə və duzu mətbəx robotunda blenderin köməyi ilə qaymaq halına gələnə qədər qarışdırın. Bunu edərək noxudun bişdiyi sudan buraya bir az əlavə edin ki, kütlə bir az açılsın.
Kərə yağı tavada əridin, üyüdülmüş qırmızı bibər əlavə edin, qarışdırın və hazırladığınız humusun üzərinə tökərək xidmət edin.
Günay Cavanşir
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































