Mətbəx
Meyvə və tərəvəzlərin yuyulmasında vacib qayda
İshal və mədə ağrısının qarşısını almaq üçün meyvələri soyuq suda yuyub təmiz dəsmal ilə qurutmaq vacibdir.
Publika.az xəbər verir ki, bu sözləri onkoloq-mammoloq Danail Nazlıyev deyib.
"Meyvələri soyuq suda yumaq vacibdir. Bu, nəinki bakteriyaların yayılmasının qarşısını alır, həm meyvənin xarab olmasının qarşısını alır. Bunun üçün sadəcə bir qabı soyuq su ilə doldurub meyvəni əlavə etmək kifayətdir. Meyvələri bu suda bir neçə dəqiqə saxlayın və sonra təmiz su ilə yuyun”, - o, "Telegram" kanalında yazıb.
Həkimin fikrincə, bu üsul onları kirdən, bakteriyadan və digər maddələrdən təmizlənməyə kömək edəcək. Prosedurdan sonra meyvələri qurutmaq üçün təmiz dəsmallardan istifadə etməlisiniz.
"Meyvəni soyuq suda yuyub təmiz dəsmal və ya parça ilə qurutduqdan sonra yesəniz, ishal və ya başqa xəstəliklərin qarşısını alacaqsınız", - ekspert bildirib.
Aytən Məftun
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































