Mətbəx
Dadlı şaurmanın sirrini açdı
Şaurmanın əsas təhlükəsi ondan ibarətdir ki, onun hazırlanmasında yol verilən səhvlər ağır zəhərlənmə ilə nəticələnə bilər, buna baxmayaraq o, digər fəstfudlara nisbətən ən faydalı yeməkdir.
Publika.az xəbər verir ki, bu sözləri qastroenteroloq, diyetoloq və kulinariya blogeri Nuriyyə Dianova deyib.
"İki saatdan çox soyuducudan kənarda qalan tərəvəzlərdən istifdə edildikdə və ətin bişirmə texnologiyası pozulduqda təhlükə ola bilər. Ət mikroorqanizmlər üçün çoxalma yeridir, zəhərlənməsi çox asandır və bir çox hallarda zəhərli olub-olmadığını müəyyən etmək çətindir", - ekspert "360" telekanalına müsahibəsində deyib.
Mütəxəssis əlavə edib ki, şaurmanı uzun müddət saxlamaq olmaz, o, alıcının sifarişi ilə yığılır, lakin aşpaz yeməyi hazırlamazdan əvvəl tərəvəzləri kəsməlidir. Dianova xatırladıb ki, ən təhlükəsizi şərq restoranlarında satılır. Bu, daha bahalıdır, lakin peşəkar şəkildə hazırlanır.
"Burgerdən fərqli olaraq, şaurmada çoxlu tərəvəzlər, kotlet əvəzinə isə əsl toyuq əti var. Lakin qida infeksiyaları baxımından bu, həqiqətən təhlükəlidir, burgerdən zəhərlənmək isə daha çətindir", - mütəxəssis izah edib.
Həkimin sözlərinə görə, ən sağlamı ev üsulu ilə hazırlanan şaurmalardır.
"Şaurma hazırlayanda lavaşdan istifadə edin, həm də məsləhət görürəm ki, duzlu xiyar az qoyun. Alternativ olaraq, xardal və əviyyatlardan, bir çimdik isə duz istifadə edin. İdeal şaurmanın 20%-i toyuq, 20%-i lavaş, qalanı tərəvəz olmalıdır”, - Dianova bildirib.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































