Mətbəx
Bu yeməyi dadmaq istəyənlər aylarla növbə gözləyirlər
Tayvanın cənubundakı Douliu şəhərindəki Vitch Cat Kvai restoranında menyuda timsah əti də var.
Publika.az xəbər verir ki, menyunun ən populyar yeməyində bildirçin yumurtası, donuz əti, körpə qarğıdalı, qurudulmuş bambuk tumurcuqları, qara göbələk və üstü timsah ayağı ilə örtülmüş balıq pastası kubları var.
Restoran sahibinin sözlərinə görə, timsah ayaqları tapmaqda çətinlik çəkirlər. Buna görə də, gündə yalnız iki dəfə bu yemək hazırlanır. Bu yeməyin qiyməti isə nə az, nə çox, 50 dollardır.
Lakin qazanılan pulun çox hissəsi yenidən həmin qidanı hazırlamaq üçün sərf edilir. Belə ki, timsah ayağı təmizləndikdən sonra ona spirt və ədviyyat qarışığı - yəni zəncəfil, sarımsaq və soğan sürtülür. Sonra onu iki saat qaynatmaq lazımdır. Ümumilikdə, bütün proses təxminən üç saat çəkir.
Bir çox müştərilər timsah ətinin toyuq ətinin dadına bənzədiyini, lakin daha yumşaq və elastik olduğunu söyləyirlər. Bu yeməyi dadmaq istəyən insanlar böyük növbə gözləməli olurlar. Hazırda restoranda bir neçə ay üçün yer tutulub.
Aysel Şahmar
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































