Mətbəx
Mağazada keyfiyyətli düyünü seçməyin ən asan yolu budur
Mağazalarda düyünün cilalanmış, cilasız və buxarda bişirilən növləri satılır. İçərisində qabığı saxlanılan cilalanmamış düyü (qəhvəyi, qırmızı və ya qara) daha faydalı hesab olunur, lakin bişirilməsi iki dəfə çox vaxt aparır və bişdikdə zərif düyü kimi yumşaq olmur.
Publika.az xəbər verir ki, bu sözləri “Taxılın Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi” Federal Dövlət Büdcə Müəssisəsinin laboratoriyasının mütəxəssisi Natalya Kalaşnikova Lenta.ru-ya danışıb. O, bu dənli bitkilərin keyfiyyətini müəyyənləşdirməyin yollarını izah edib:
"Sadəcə bağlamadakı taxıla baxmaqla öyrənə bilərsiniz - bütün taxıllar eyni ölçüdə və formada olmalıdır. Cilalanmamış qəhvəyi düyünün necə olduğunu hamı bilir və düşünürlər ki, qəhvəyi rəngin olması onun faydalı olduğunu göstərir. Lakin qablaşdırmada uzunsov düyü dənələrindən əlavə yuvarlaq taxıllar varsa, çox güman ki, bu düyü o qədər də keyfiyyətli deyil", - ekspert vurğulayıb.
Kalaşnikova xatırladıb ki, cilalanmış düyü həmişə ağ olmalıdır, buxarda bişmiş düyü istənilən formada ola bilər, əsas odur ki, şəffaf və sarı-kəhrəba rəngdə olsun. Taxılın qablaşdırılmasında zibil, həşərat sürfələri və yad qoxular olmamalıdır, məhsulun keyfiyyətinə zəmanət verən nişanı olmalıdır.
"Həmçinin tarixə və saxlama müddətinə diqqət yetirin - düyü nə qədər təzə olsa, bir o qədər faydalıdır. "Basmati" düyü növü isə saxlama zamanı daha da ətirli və dadlı olur. Məhsulun yararlılıq müddəti yaxınlaşırsa, xarab olmamaq üçün düyünü qızartmaq və ya sobada bişirmək olar", - ekspert əlavə edib.
Aytən
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu


























.png)












.jpg)