Mətbəx
Gün ərzində nə qədər naringi yeyə bilərik?
Gün ərzində nə qədər naringi yeyilə biləcəyi insanın fərdi həssaslığından asılıdır.
Publika.az xəbər verir ki, bu barədə qastroenteroloq Yana Kartaeva "Gazeta.Ru"ya müsahibəsində deyib.
“Tibbdə hər hansı meyvə növünün istehlakı üçün ciddi kəmiyyət norması yoxdur, lakin ümumilikdə lif istehlakı ilə bağlı tövsiyələr var. Gündə ən azı 400 q meyvə-tərəvəz və ya 5-6 porsiya yemək tövsiyə olunur”, - deyə həkim izah edib.
Həkim qeyd edib ki, sitrus meyvələri yeyildikdən sonra mədə-bağırsaq traktından xoşagəlməz simptomlar və ya dəridə səpgi və qaşınma şəklində psevdoallergik reaksiya yarana bilər. Kartaevanın sözlərinə görə, bu cür təzahürlər sağlamlığa ciddi təsir göstərmir.
“Bu meyvələrə qarşı yaxşı dözümlülüyünüz varsa, yeyin və həzz alın. Əgər siz əlamətlərlə naringi istehlakı arasında əlaqə görsəniz, onları dərhal dietanızdan çıxarmayın, öz optimal miqdarınızı tapmağa çalışın”, - deyə həkim bildirib.
Qidalanma mütəxəssisi Tatyana Meşçeryakovanın fikrincə isə, bağırsaqlara zərər verməmək üçün ən yaxşısı naringiləri ayrıca yemək və digər yeməklərlə qarışdırmamaqdır. Naringi ilə uyğun gəlməyən məhsul ilk növbədə süddür. Onun sözlərinə görə, kazein süd proteini meyvə turşuları ilə birlikdə qazın əmələ gəlməsinə səbəb ola bilər.
Mütəxəssiz həmçinin hər hansı ət növü ilə naringi yeməyi də tövsiyə etməyib. Bundan əlavə, naringi və spirtli içkiləri qarışdırmamaq daha məqsədə uyğundur.
Cəmilə
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































