Mətbəx
Sadə və doydurucudur: Diyetoloqdan arıqlamaq istəyənlərə 5 asan resept
Yulaf çox faydalı səhər yeməyidir. Ona görə ki, sizə lazım olan hər şeyi ehtiva edir. Ona pendir, meyvə və ya qırmızı balıq da əlavə edə bilərsiniz.
Publika.az xəbər verir ki, bu barədə diyetoloq Katerina Kuzina “Veçernaya Moskva” nəşrinə müsahibəsində danışıb. O, arıqlamaq istəyənlərə mühüm tövsiyələr verib.
"Yulaflı pankeyk hazırlamaq tez və asan başa gəlir. Üç xörək qaşığı yulafı blenderdə və ya qəhvəçəkəndə üyüdün, üzərinə bir yumurta, iki xörək qaşığı süd və dad üçün ədviyyatlar əlavə edin. Qarışığı mümkünsə yağ əlavə etmədən tavada qızardın. Yulaflı pankeyki vafl aparatında da bişirmək olar”, - Kuzina bildirib.
Diyetoloq bananlı pankeykin də doyurucu və faydalı olduğunu bildirib.
"Bir neçə dəqiqəyə hazır olur. Bananı çəngəllə əzin, yulaf və ya düyü unu, həmçinin bir yumurta əlavə edin. Orta istilikdə kokos yağında qızardın. Az yağlı xama və ya bal ilə servis edin. Kokos südü əlavə olunmuçş qəhvə ilə yeyilə bilər.
Üçüncü yemək kəsmikli zapekankadır. Hətta mikrodalğalı sobada da hazırlana bilər. Yumurta ilə kəsmik qarışdırın, içinə kişmiş və ya quru gavalı kimi quru meyvələr əlavə edin. Əgər kiminsə xoşuna gəlirsə, manna da tökə bilərsiniz. Amma onsuz da yemək doyurucu olacaq.
Siz həmçinin səhər yeməyi üçün qranola yeyə bilərsiniz, lakin mağazada alınan çeşidləri yox. Onu evdə tez hazırlamaq daha yaxşıdır. Yulafa toxum və ya qoz-fındıq əlavə edin, sonra şərbət hazırlayın. Bal və kokos yağına darçın, vanil və duz əlavə edin. Sonra qarışığı sobaya qoyub 30-40 dəqiqə bişirin. Axşam və ya səhər əvvəlcədən hazırlaya bilərsiniz.
İdmanla məşğul olanlar üçün ən ideal seçim tərəvəzli omlet kimi tanınan şakşukadır. İki yumurta, bir soğan, bolqar bibəri və pomidor götürün. Əvvəlcədən isidilmiş tavada soğanı qızılı rəngə qədər qızardın. Sonra pomidor və bibəri, beş dəqiqədən sonra yumurta əlavə edin. Ağlar qatılaşana qədər qızartmaq lazımdır. Bununla belə, sarısı yumşaq qalmalıdır. Üzərinə göyərti də əlavə etmək olar", - ekspert sonda bildirib.
Aytən
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































