Mətbəx
Dünyanın ən yaxşı un məmulatları açıqlandı: Azərbaycan ilk onluqda
Ənənəvi reseptləri önə çıxarması ilə tanınan "Taste Atlas" ("Dad Atlası") 2024-cü ilin ən yaxşı 100 un məmulatı növünü müəyyən edib.
Publika.az xəbər verir ki, Dünya mətbəxindən bir çox dadın yer aldığı siyahıda Azərbaycan ilk 10-luqda yer tutub.
Bu barədə dad tənqidçilərinin rəylərini və yeməklər haqqında aparılan araşdırmaları bir araya gətirən səyahət bələdçisinin hesabatından aydın olub.
Reytinqə əsasən Azərbaycan qutabı altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıda ilk yerdə Türkiyənin Barfa pidesi, ikinci yerdə isə Samsun pidesi gəlir. Ümumiyyətlə, siyahıda qardaş ölkənin səkkiz un məmulatı, o cümlədən gözleme (38), pide çörəyi (41), ramazan pidesi (43), terme pidesi (64), yuxa (70), bazlama (94) yer alıb.
İlk 10 sıralama isə belədir:
1. Bafra pidesi / Türkiyə
2. Samsun pidesi / Türkiyə
3. "Roti canai" / Malayziya
4. "Butter Garlic Naan" / Hindistan
5. "Pan de bono" / Kolumbiya
6. Qutab / Azərbaycan
7. "Amritsari kulcha" / Hindistan
8. "Naan" / Hindistan
9. "Piadina Romagnola" / İtaliya
10. "Pao de queijo" / Braziliya
(Oxu.az)
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































