Mətbəx
Qurbağa əti Bakıda süfrəyə gəldi - Halaldır, yoxsa haram?
Son vaxtlar Azərbaycanda qurbağa ətinə maraq artmaqdadır. Bakıda dəniz məhsulları satışı ilə məşğul olan mağazaların satıcılarının sözlərinə görə, delikates hesab olunan bu məhsul, əsasən, Asiya ölkələrindən idxal olunur. Qurbağalar dondurulmuş şəkildə ölkəyə gətirilir və biri 3-5 manat aralığında satışa çıxarılır. Dad baxımından toyuq ətinə bənzədilsə də, daha yumşaq teksturaya və nisbətən şirin dada malik olduğu deyilir. Xarici mətbəxlərə olan marağın artması və yeni dadlara açıq istehlakçı qruplarının formalaşması qurbağa ətinə tələbatın yüksəlməsinə səbəb olub.
Bəs qurbağa əti dini baxımdan halal hesab olunur, yoxsa haramdır?
Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sualını cavablandıran ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, Məhəmməd peyğəmbərin dövründə qurbağanın öldürülməsi qadağan edilib, yeyilməsi isə caiz görülməyib.
"İslam fiqh məktəbləri qurbağanın ətinin yeyilməsini icazəli saymır", - deyə o qeyd edib.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































