Mətbəx
Soğan qabığını atdığınıza peşman olacaqsınız: Görün hansı faydaları var
Adətən yemək bişirərkən soyulub atılan soğan qabığı, əslində həm sağlamlıq, həm də gündəlik həyat üçün əvəzsiz vasitəyə çevrilə bilər.
Publika.az xəbər verir ki, soğan qabları antioksidant və kaliumla zəngin olması ilə bir çox sahədə istifadə oluna bilər:
Təbii gübrə
Soğan qabları torpaq üçün əla təbii gübrədir. Tərkibindəki kalium torpağı zənginləşdirir, bitkilərin sağlam böyüməsinə kömək edir. Kompost üçün də ideal seçimdir.
Saç üçün tonik

Bir ovuc soğan qabını suda qaynadıb soyudun və süzün. Əldə etdiyiniz suyu saç diblərinə masaj edərək tətbiq edin. 15 dəqiqə saxladıqdan sonra yuyun. Bu qarışım saç tökülməsinin qarşısını ala və saç köklərini gücləndirə bilər.
Təbii parça boyası
Pambıq və kətan kimi təbii parçaları soğan qabığı ilə qızılı-narıncı tonlara boyamaq mümkündür. Qabıqları qaynadın və parça ilə birlikdə suda saxlayın.
Təbii təmizlik vasitəsi
Soğan qabıqları mikrob qırıcı təsirə malikdir. Onları qaynadıb əldə etdiyiniz suyu sprey qabına doldurun və mətbəx səthlərini, vanna otağını təmizləmək üçün istifadə edin.

Sağlamlıq üçün soğan çayı
Soğan qabığında olan “quercetin” adlı antioksidant sayəsində orqanizminizi gücləndirə bilərsiniz. Bir ovuc qabığı qaynadaraq süzün və ilıq halda için. Soyuqdəyməyə qarşı və immuniteti gücləndirmək üçün faydalıdır.
Roza
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































