Mətbəx
Çoban salatına bu məhsulu qatmayın: YAYDA TƏLÜKƏLİDİR
Yay aylarında xüsusilə geniş yayılmış xiyar-pomidor salatı düzgün saxlanmadıqda sağlamlıq üçün təhlükə yarada bilər.
Publika.az xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssis Yelena Spetsenko bu barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə salata mayonez əlavə edildikdə və yüksək temperaturda uzun müddət saxlanıldıqda bu qarışım zərərli bakteriyalar üçün əlverişli mühit yaradır. Havanın temperaturu 25 dərəcədən artıq olduqda, belə salatlar cəmi 30-40 dəqiqə ərzində stafilokok, salmonella və bağırsaq çöpləri kimi mikroorqanizmlərlə çirklənə bilər.
Xüsusilə yay mövsümündə küçə yeməkləri və marketlərdə satılan hazır salatların təhlükə riski daha yüksək qiymətləndirilir. Mütəxəssis belə hallarda salatın yeməkdən dərhal əvvəl hazırlanmasını və otaq temperaturunda iki saatdan artıq saxlanmamasını tövsiyə edib. (Milli.Az)
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































