Mətbəx
Kartof görün nədən yaranıb - ARAŞDIRMA
Yeni tədqiqat nəticəsində kartofun mənşəyi barədə uzun müddətdir davam edən suallara aydınlıq gətirilib.
Publika.az xəbər verir ki, Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasının alimləri tərəfindən aparılan genetik analizlərə görə müasir kartof növləri təxminən 9 milyon il əvvəl Cənubi Amerikada vəhşi pomidor bitkisi ilə kartofa bənzər bir başqa bitkinin təbii şəkildə çarpaz tozlanması nəticəsində meydana gəlib.
"Cell" jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, bu hibridləşmə hadisəsi nəticəsində ilk dəfə torpaq altında kartofun əsas qida hissəsi formalaşıb. Tədqiqatçılar bu prosesi mümkün edən iki əsas geni də müəyyən ediblər. Pomidorda yeyilən hissə meyvə olduğu halda, kartofda bu hissə torpaqaltı yumrulardır.
Bu hibrid bitki And dağlarının sürətlə yüksəldiyi dövrdə soyuq və quraq iqlimə uyğunlaşaraq geniş yayılıb.
Qeyd edək ki, hazırda dünyada 5 mindən çox kartof növü var və o, insan qidasında düyü və buğdadan sonra üçüncü ən vacib məhsuldur. (Milli.Az)
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































