Mətbəx
Mərcimək kotletinə hansı ədviyyatlar vurulur?
Doğru nisbətdə istifadə edilən ədviyyatlar kotletə həm xarakterik dad, həm də xoş ətir qatır.
Publika.az xəbər verir ki, mərcimək kotletinin olmazsa olmazı zirədir. O, mərciməyin dadını tamamlayır və xarakterik bir ətir verir. Eyni zamanda, mərciməyin səbəb ola biləcəyi köp problemini azaltmağa kömək edir. Çox istifadə edildikdə dadı boğa bilər, buna görə də ölçülü tökülməlidir.
Pul bibər kotletə həm iştah açan qırmızı rəng verir, həm də yüngül acılıq qatır. Acı sevənlər üçün əvəzolunmazdır. Çox töküldükdə digər dadları kölgədə qoya bilər, buna görə zövqə görə tənzimlənməlidir.
Qara bibər kotletə kəskinlik və dərinlik qatır. Digər ədviyyatlarla birlikdə dad balansını təmin edir. Az miqdarda istifadəsi kifayətdir.
Nanə kotletə təravətli bir dad verir və onun ağırlığını götürür. Xüsusilə yay aylarında hazırlanan kotletlərdə nanə istifadəsi dadı daha yüngül edir.
Sumaq kotletə yüngül turşməzə dad verir. Xüsusilə içindəki soğanın kəskinliyini balanslaşdırmaq və iştahı artırmaq üçün istifadə olunur.
Duz bütün bu ədviyyatların dadını üzə çıxaran əsas faktordur. Duzsuz kotlet dadsız olar, çox duz isə digər ədviyyatların ətrini hiss etməyə mane olar. Ən yaxşısı, duzu qarışdırarkən tədricən əlavə edib dadına baxmaqdır. (Milli.Az)
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya25 Sentyabr 19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 25 Sentyabr 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 25 Sentyabr 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO



































