Mətbəx
Şorba qaynayarkən içinə görün nə atırlar...
Axşam yeməklərinin əvəzolunmaz hissəsi olan şorba müxtəlif növləri və fərqli təqdimat formaları ilə mədəniyyətimizin mühüm bir elementidir. Lakin şorbanın əsl dadını və keyfiyyətini ortaya çıxarmaq üçün bəzi mətbəx sirlərini bilmək lazımdır. Qaynayan şorbaya bu məhsuldan cəmi 1 qaşıq əlavə etdikdə, o, sanki bütün resepti xilas edir.
Evdə hazırladığınız şorbanın nə üçün restoranlardakı kimi hamar və ləzzətli olmadığını düşünürsünüzsə, cavab çox sadədir. Peşəkar aşpazların hər şorba bişirərkən istifadə etdiyi, lakin çox az adamın bildiyi bu praktiki üsul sayəsində şorbalarınız tamamilə yeni bir səviyyəyə yüksələcək.
Publika.az xəbər verir ki, şorba hazırlayarkən ən çox qarşılaşılan problemlər qatılığın (konsistensiyanın) istənilən səviyyədə olmaması, rəngin tündləşməsi, şorbanın çürüməsi və ya yeyildikdən sonra mədədə köp yaratmasıdır. Təcrübəli aşpazların gizli üsulu ilə bütün bu problemləri asanlıqla həll edə bilərsiniz.
Bişirdiyiniz şorbanın həm qatılığının tam qaydasında olması, dadının qaçmaması, çürüməməsi və hətta mədəni yormaması üçün tək lazım olan şey içərisinə az miqdarda çay sodası əlavə etməkdir. Qaynayan şorbaya cəmi bir çay qaşığının ucu ilə soda atmaq bişmə prosesində yarana biləcək bütün qüsurları aradan qaldırır.
Sodanın şorbaya verdiyi əsas faydalar bunlardır:
Köpün qarşısını alır
Şorba bişirərkən xüsusilə qırmızı mərci, yaşıl mərci, nohud və ya lobyadan istifadə edirsinizsə, yeməkdən sonra mədədə şişkinlik və narahatlıq hiss edə bilərsiniz. Soda paxlalıların tərkibindəki köpə səbəb olan qaz birləşmələrini parçalayaraq bu problemin qarşısını alır.
Qatılıq verir və bişməni sürətləndirir
Çay sodası suyun pH dərəcəsini yüksəldərək qələvi mühit yaradır. Bu isə şorbanın içindəki ərzaqların hüceyrə divarlarını yumşaldır. Nəticədə, şorbanız blenderdən keçmiş kimi hamar bir konsistensiya alır və daha tez bişirir.
Rəngini parlaq saxlayır
Evdə hazırlanan mərci şorbaları qaldıqca bozarmağa və qaralmağa başlaya bilər. Soda tərəvəzlərin və paxlalıların təbii rəng piqmentlərini qoruyur, şorbanın hər zaman iştahaçan və parlaq görünməsini təmin edir.
Restoranlarda tez-tez tətbiq olunan bu üsuldan istifadə edərkən dozaya ciddi riayət etməlisiniz. Əgər çox böyük bir qazanda bişirmirsinizsə, sodanı çox az tökmək lazımdır:
3-4 nəfərlik şorba üçün: Bıçağın və ya qaşığın ucu ilə (çox az) əlavə etmək kifayətdir.
Daha böyük porsiyalar üçün: Miqdarı bir az artırmaq olar, lakin bu ölçü ən çox 1 çay qaşığı olmalıdır. Sodanın normadan artıq tökülməsi şorbanın dadını korlaya bilər. (Milli.Az)
-
İdman23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb
-
Nida Xəbər 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO
-
İdman21:53“Sabah” “Orhus”u darmadağın etdi - YENİLƏNDİ
-
Rəsmi xronika20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO
-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI

























.jpg)











