Bu razılaşma Yaxın Şərqdə hər şeyi YENİDƏN YAZACAQ - HƏMAS-dan İsrail AÇIQLAMASI
Bizi izləyin

Yaxın Şərq

Bu razılaşma Yaxın Şərqdə hər şeyi YENİDƏN YAZACAQ - HƏMAS-dan İsrail AÇIQLAMASI

Fələstin və İsrail arasında davam edən Qəzza müzakirələri ilə bağlı yeni bir açıqlama gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatının liderlərindən olan Husam Bedran İsraillə razılaşma ehtimalını Qəzzanın blokadasının aradan qaldırılması üçün böyük fürsət adlandırıb.

Qeyd edək ki, daha əvvəl Livanın “El Əkbər” qəzeti HƏMAS və İsrailin Misirin vasitəçiliyi ilə 5 illik atəşkəs razılaşması üzərində danışıqlar apardığını yazıb. Qəzet HƏMAS-ın yüksək vəzifəli mənbələrinə istinad edib.

Qeyd edilir ki, Fələstin və İsrail arasında mümkün razılaşma ən yaxın həftələrdə əldə edilə bilər və razılaşma İsraillə sərhəd bütün rayonlarda icra olunacaq. Razılaşmanın əldə olunması mümkün olarsa, ilkin mərhələdə Karen Şalom və Rifah sərhəd-keçid məntəqələri açılacaq. Atəşkəsin ikinci mərhələsində Qəzzada həyat şərtlərini yaxşılaşdırmaq üçün addımlar atılacaq.

Dünən isə Fələstin prezidenti Mahmud Abbasın başçılıq etdiyi FƏTH hərəkatının rəsmi nümayəndəsi Usama al-Kavasimi Qəzzaya tətbiq edilmiş blokadanın yumşaldılmasına əvəz olaraq İsraillə birtərəfli sazişin nəticələri barədə HƏMAS-ı xəbərdar edib.

Onun sözlərinə görə, İsraillə bu cür barışıq Fələstində milli birliyə və müqavilələrə zərər verir. FƏTH-in rəsmi nümayəndəsi qeyd edib ki, barışığın mümkün nəticəsi Fələstin xalqına yeni zərbə və İsrailə hədiyyə olacaq.

Usama al-Kavasimi bildirib ki, HƏMAS-la saziş cəhdinin arxasında “əsrin sazişi” ilə sui-qəsd həyata keçirmək və Fələstin problemini tamamilə aradan qaldırmaq istəyən İsrail və ABŞ dayanır.

“HƏMAS dar partiya maraqlarını hərəkətə gətirir. FƏTH-lə birlik Fələstinin ümumi maraqlarına xidmət edir”, - FƏTH-in nümayəndəsi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm