Türkiyənin təhlükəsiz zona üçün TƏK ŞƏRTİ
Bizi izləyin

Yaxın Şərq

Türkiyənin təhlükəsiz zona üçün TƏK ŞƏRTİ

Suriyanın şimalında yaradılması planlaşdırılan təhlükəsiz zona ilə bağlı Türkiyə və ABŞ arasında aparılan danışıqlarda iki əhəmiyyətli məsələ var.

Publika.az xəbər verir ki, bu haqda “Haber7” saytının yazarı Mehmet Acet bildirib.

Onun sözlərinə görə, bunlardan biri ABŞ və Türkiyə arasında anlaşma əldə ediləcəksə, bunun necə olacağıdır. İkinci məsələ isə təhlükəsiz zonaya kimin nəzarət edəcəyidir.

“Ankaranın yeganə şərtinin də nə olduğunu bilirik. Bu fikrə ancaq, bölgə Türkiyənin nəzarətində olacağı halda, müsbət baxıla bilər. Bu halda, yaxın bir neçə ay ərzində danışıqlar yolu ilə razılaşmanın əldə ediləcəyini gözləməkdən başqa heç bir seçim qalmır. Sərhədə göndərilən hərbi hissələrin ABŞ-ın geri çəkilməsi üzrə təqvim aydın olana və razılaşma əldə edilənə kimi orada qalacağı anlaşılır. Ankaranın əlindəki ən əhəmiyyətli kartın hərbi variant olduğunu ən yaxşı amerikalılar bilir”, - yazar qeyd edib.

Daha əvvəl “Haber7” saytının yazarı Taha Dağlı qeyd edib ki, ABŞ-ın Suriyanın şimalında təhlükəsiz zona üçün Türkiyəyə 3 ayrı plan təklif etməyi düşünür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm