Dəməşq Təl-Əviv aeroportunu bombardmanla HƏDƏLƏDİ
Bizi izləyin

Yaxın Şərq

Dəməşq Təl-Əviv aeroportunu bombardmanla HƏDƏLƏDİ

Dəməşq İsraili Suriyaya vurduğu zərbələrə simmetrik cavabla hədələyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri bildirib.

Onun sözlərinə görə, İsrailin Dəməşq beynəlxalq aeroportuna zərbələrə simmetrik cavab verə, yəni Təl-Əviv aeroportunu vura bilər.

Qeyd edək ki, bazar ertəsi gecəsi İsrail hərbçiləri Suriyaya bir neçə zərbə endirib. Təl-Əvivdə iddia edirlər ki, hücumlar iranmeylli güclərin ərəb respublikasının ərazisindən Qolan hündürlüklərinə atəş cəhdinə cavab idi. Aviazərbələr nəticəsində 4 Suriya hərbçisi həlak olub, 6-sı yaralanıb.

Bu, Suriyada İranın mövqelərinə ötən ilin may ayından bu yana İsrailin ən genişmiqyaslı hücumu idi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm