Yaxın Şərq
Əsədin qaçışı ilə bağlı sensasion detallar: Otel otağında nə baş verib?
Suriyanın devrilən prezidenti Bəşər Əsədin Dəməşqdəki son günləri və Moskvaya necə qaçdığı haqda müxtəlif məlumatlar yayılır.
Publika.az xəbər verir ki, Londonda mənzillənən “Al Majalla” nəşrinin yaydığı detallar da bu kontekstdə diqqət çəkir.
Nəşr yazır ki, müxaliflər hücuma başladığı zaman - 27 noyabrda Əsəd Moskvada idi.
Əsəd böyük oğlu Hafizin riyaziyyat sahəsində elmlər doktoru alması münasibətilə Moskvada keçirilən mərasimə qatılmaq üçün Rusiyada olub. Lakin Suriyada hadisələr alovlandığı üçün Əsəd oğlunun mərasiminə qatıla bilməyib və Moskvada “Four Seasons Oteli”ndəki otağında qalaraq, prosesləri izləyib. Noyabrın 29-da – müxalif güclər Hələbi ələ keçirdiyi gün Əsəd Moskvadan Dəməşqə qayıdıb.
Əsəd Dəməşqə qayıdan kimi İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı Şeyx Məhəmməd bin Zayedlə təmasa keçib. O, İraqdakı İrana bağlı silahlı dəstələrdən hərbi dəstək, BƏƏ-dən isə maliyyə yardımı istəyib.
Dəməşqin müxaliflər tərəfindən nəzarətə götürülməsindən bir gün öncə - 7 dekabrda Əsədin mətbuat xidməti prezident sarayında onun çıxışına hazırlıq görüb. Eyni gün Əsəd yüksək səviyyəli rəsmilərə “vəziyyətin nəzarət altında olduğunu və Rusiyanın hərbi dəstəyinin gələcəyini” deyib. Və bildirib ki, müraciətini 8 dekabrda edəcək.
Lakin dekabrın 7-də axşam saatlarında Rusiya rəsmiləri Əsədə zəng edib və Dəməşqi tərk etməsinin vacibliyini bildiriblər. Moskvadan edilən telefon zənginin məqsədinin daha çox qan tökülməsinin qarşısını almaq və Rusiyanın Suriyadakı maraqlarını qorumaq olduğu bildirilir.
8 dekabrda səhər saatlarında Əsəd yanındakı iki nəfərlə qaçıb: onlardan biri prezident administrasiyasının rəhbəri Mənsur Əzzam, digəri ilə Əsədin mühafizə birliyinin rəhbəri, general Muhsin Məhəmməd idi. Üçü birlikdə Suriyanın qərbindəki Rusiyanın Hmeymim bazasına, oradan da Moskvaya uçub. Əsədin həyat yoldaşı və övladları əvvəldən Moskvada olub.
Asif
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





