Əsəd Türkiyə qarşısında GERİ ÇƏKİLDİ: Ərdoğan-Putin zirvəsindən 3 gün sonra... - VİDEO
Bizi izləyin

Yaxın Şərq

Əsəd Türkiyə qarşısında GERİ ÇƏKİLDİ: Ərdoğan-Putin zirvəsindən 3 gün sonra... - VİDEO

Suriya qoşunları avqustun 31-dən birtərəfli qaydada İdlib gərginliyin azaltma bölgəsində atəşi dayandıracaq.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriyada Düşmən tərəflərin barışığı üzrə Rusiya Mərkəzindən bildirilib.

Dəməşqin bu qərarı Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin avqustun 27-də keçirdiyi görüşündən 3 gün sonraya təsadüf etməsi diqqət çəkir.

Son həftələrdə Rusiyanın dəstəyi ilə Əsəd rejimi İdlibin cənubunda hücumlara başlamışdı. Əsəd güclərinin irəliləyişi sonrası Türkiyənin Suriyadakı bəzi bazaları rejim qüvvələri tərəfindən mühasirəyə alınmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm