İsrail öz PUA-sını vurdu
Bizi izləyin

Yaxın Şərq

İsrail öz PUA-sını vurdu

Livandan gəldiyini iddia edən İsrail Ordusu tərəfindən vurulan pilotsuz uçuş aparatının (PUA) İsrailə aid olduğu ortaya çıxdı.

Publika.az xəbər verir ki, İsrail Ordusunun sosial media hesabında edilən açıqlamada, hadisənin ilkin araşdımasından sonra vurulan PUA-nın İsrailə aid olduğu müəyyənləşib.

Qeyd edək ki, İsrail Ordusunun dünən verdiyi açıqlamada, Livandan gələn və İsrail hava məkanına girən bir PUA-nın vurulduğu iddia edildi. Açıqlamada, PUA-nın işğal altındakı Golan yüksəkliklərinin yaxınlığında yerləşən Hermon dağı bölgəsində vurulduğu bildirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm