Yaxın Şərq
ABŞ Yaxın Şərqi tərk edir: Rusiya və Çin HƏRƏKƏTƏ KEÇİR
Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov ABŞ Prezidenti Co Baydenin Amerikanın müharibələrdə iştirakını azaltmağa və Yaxın Şərqi tərk etməyə çalışdığını söyləyib.
Publika.az xəbər verir ki, politoloqun fikrincə, Səudiyyə Ərəbistanı, İran və Rusiyanın fəallığı Ağ Ev rəhbərinin bu strategiyanı həyata keçirməsinə mane olur, çünki Amerikanın mövqelərini zəiflədəcəyi təqdirdə bu ölkələr Yaxın Şərqdəki təsirini artıracaq.
Rusiya Xarici İşlər Nazirliyinin Qabaqcıl Amerika Araşdırmaları Mərkəzinin direktoru Maksim Suçkov isə Baydenin ABŞ üçün bölgədə meydana gələn təhlükənin qarşısını almağa çalışdığını qeyd edib. Mütəxəssis Amerika ordusunun Yaxın Şərqdən çəkilməsi ilə bu bölgə üçün Rusiya və Çinin hərəkətə keçəcəyini, sözügedən ölkələrin buradan geosiyasi, iqtisadi, hərbi-texniki və digər imkanlarını reallaşdırmaq məqsədilə istifadə edəcəklərini açıqlayıb.
Xatırladaq ki, Co Bayden daha əvvəl ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasının digər bölgələri “yenidən qurmaq” cəhdləri dövrünə son qoyacağını bildirmişdi. O, həmçinin ABŞ-ın Əfqanıstanda müharibəni davam etdirməkdən imtina etdiyini, hərbi əməliyyatların artıq ABŞ-ın əsas maraqlarına uyğun olmadığını vurğulamışdı.
Akqabay
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi