Pakistanda "sel düyünü": ölənlərin sayı yenə artdı
Bizi izləyin

Yaxın Şərq

Pakistanda "sel düyünü": ölənlərin sayı yenə artdı

Pakistanda iyunun 14-dən etibarən davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1208-ə çatıb.

Publika.az xəbər verir ki, Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) məlumatına görə, təbii fəlakət nəticəsində həyatını itirən 1208 nəfərdən 244-ü qadın, 416-sı uşaqdır.Təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 6 min 82 nəfərə çatıb.

Ölkədə 33 milyon 46 min insanın daşqınlardan zərər çəkdiyi bildirilib.

Daşqınlar nəticəsində yollar su altında qalıb, 243 körpü və 173 mağaza dağılıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm