Yaxın Şərq
İranpərəst qüvvələr ABŞ-ın hərbi bazasını raket atəşinə tutdu
Suriyadakı Amerika hərbi bazası raket atəşinə tutulub.
Publika.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Bildirilib ki, Koniko və Əl-Ömər iri neft yataqlarının yaxınlığında yerləşən baza atəşə tutulub. Hesabatda onların qeyri-qanuni olaraq ABŞ ordusunun nəzarəti altına alındığı göstərilir.
Uçuş-enmə zolağı yaxınlığında azı 3 raket partlayıb, raketlərdən biri helikopter meydançasına düşüb, nəticədə güclü yanğın baş verib.
Suriya mətbuatının məlumatına görə, raket hücumu Dəməşq tərəfində vuruşan iranpərəst şiə silahlıları tərəfindən həyata keçirilib.
Hesabatda son aylarda ABŞ-ın Suriyadakı bazalarına zərbələrin artdığı bildirilib.
Hüseyn İbadlı
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO