İsrail o dövlətlərə ağır cavab verəcək... - Yəhudi kəşfiyyatçıdan SENSASİYA
Bizi izləyin

Yaxın Şərq

İsrail o dövlətlərə ağır cavab verəcək... - Yəhudi kəşfiyyatçıdan SENSASİYA

“Şimal axını” qaz kəmərinin partlamasına cavab tədbirləri hərbi-siyasi ekspert, İsrail kəşfiyyat xidmətinin keçmiş rəhbəri Nativ Yakov Kedmi tərəfindən qiymətləndirilib.

Publika.az-ın məlumatına görə, “Əgər kimsə İsrailə qarşı “Şimal axını”nın zədələnməsi ilə müqayisə oluna biləcək terror hücumu etsə, nə baş verərdi? Sualına Yakov Kedmi “Waldman-LINE” kanalında “Neytral Zona” proqramının efirində cavab verib.

O qeyd edib ki, qaz kəməri kimi İsrailin strateji strukturlarına qarşı təxribat törədən istənilən dövlət öz strateji strukturlarının yarısını itirəcək.

“Cavab qeyri-mütənasib və simvolik olmayacaq”, - Yakov Kedmi deyib.

Onun fikrincə, İsrail idmançılarına beynəlxalq yarışlarda bayraqsız və himnsiz çıxış etmək təklif edilsəydi, milli komandanın üzvləri belə tədbirlərə getməzdilər.

“İdmançılarımızın İsrail bayrağı olmadan harasa yarışmağa getdiyini düşünmürəm. Bizə çox baha başa gəldi. Ölkəmiz, milli şərəfimiz, israillilər kimi ... Biz bunu çətin ki edərik”, - Yakov Kedmi qeyd edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm