"Hizbullah" İsrailə 200-ə yaxın mərmi atdı
Bizi izləyin

Yaxın Şərq

"Hizbullah" İsrailə 200-ə yaxın mərmi atdı

Livanın “Hizbullah” hərəkatı bir gündə İsrailə 190-a yaxın mərmi atıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) Telegram kanalında məlumat verilib .

""Hizbullah" terror təşkilatı tərəfindən atılan 190-a yaxın mərmi [ Livanın İsraillə sərhədini keçib", - məlumatda deyilir.

IDF əlavə edib ki, İsraili və onun əhalisini "Hizbullah"dan qorumağa davam edəcək.

Bir gün əvvəl "Hizbullah" İsrailin şimalındakı 25 yaşayış məntəqəsinin sakinlərini dərhal evlərini tərk etməyə və təxliyə etməyə çağırıb, çünki onların yaşayış yerləri hava və raket zərbələri üçün hərbi hədəfə çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm