Yaxın Şərq
Sudanın paytaxtına hava zərbələri endirildi

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmanın davam etdiyi paytaxt Xartumda bəzi binalara hava zərbələri endirilib.
Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, hücuma məruz qalan Ədliyyə Nazirliyinin, standartlar və metrologiya idarəsinin, “Nil Petrol” kompaniyasının binalarında yanğın başlayıb.
Çevik Dəstək Qüvvələri hücumların orduya məxsus hərbi təyyarələr tərəfindən edildiyini bildirib.
Sentyabrın 16-da Sudan Ordusunun Baş Komandanlığı, Siqnal Korpusu və Mühəndislər Korpusunun qərargahı Çevik Dəstək Qüvvələrinin miqyaslı hücumuna məruz qalıb. Ordu nümayəndələri hücumun dəf edildiyini və düşmənin ağır itki verdiyini bildirib.
Qeyd edək ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında toqquşmalar aprelin 15-dən davam edir. BMT-nin məlumatına görə, döyüşlər nəticəsində, ən azı 5 min nəfər həlak olub, 12 min nəfər yaralanıb, 5 milyondan çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

-
Qoroskop12:58
2024-cü ilin ulduz falı: Bu bürclər karyerasında BÖYÜK UĞURLAR QAZANACAQ
-
MDB12:28
Putin bunu etsə Stalini keçəcək
-
Rəsmi xronika12:00
Azərbaycanın bu ölkədəki səfiri geri çağırıldı
-
Nida Xəbər 11:48
Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...
-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI
-
Hadisə09:21
Şəhid ailəsinin evini soyan şəxs saxlanıldı - FOTO